SSKA Qarabağ la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Bolqarıstanın SSKA klubu Bakıda keçiriləcək ilk görüşdə azarkeşsiz oynayacaq.
QOL.az Sofiya təmsilçisinin mətbuat xidməti məlumatinə istinadən xəbər verir ki, komanda UEFA tərəfindən cəzalandırılıb.
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Derri Siti” (Şimali İrlandiya) ilə cavab görüşü zamanı bolqarıstanlı fanatların nümayiş etdirdiyi intizamsız davranışlar buna səbəb olub. Həmin oyunda SSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun 15 dəqiqə dayandırılıb. UEFA isə Sofiya klubunun növbəti səfər matçında azarkeşlərinin iştirakına qadağa qoyub. Həmçinin, klub 55 min avro cərimə edilib.
Qeyd edək ki, “Qarabağ”la SSKA arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab matçı isə iyulun 30-da Sofiyada olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 İyul 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















