SSRİ də vətəndaşları şoka salan milis Mersedes ləri | Icma.az
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır. SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri.
Bu gün “Rolls-Royce”ların polis maşını kimi istifadə olunduğunu görmək nə qədər təəccüb yaradarsa, bir vaxtlar sovet milisini “alman əfsanəsi” “Mercedes-Benz”də görmək bir o qədər heyrət doğurmuşdu.
Azpost.info bildirir ki, təmtəraq və lüksdən uzaq həyat tərzinin təbliğ olunduğu 70-lərdə sovet milisi sarı və mavi zolaqlı “Mercedes”də xidmət aparırdı.
Ola bilsin ki, avtomobil Moskvada keçirilən beynəlxalq “Krimtexnika-74” sərgisindən qalmışdı və ya Qərb firmaları ondan daha əvvəl ölkəyə bir neçə avtomobil gətirmişdilər.
Amma o da bəllidir ki, ABŞ istehsalı olan “Ford Galaxy” Moskvada bu tarixdən daha əvvəl peyda olmuşdu.
SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri. Bəyaz rəngli bu “inomarka” görənləri özünə heyran qoyurdu.
Söhbət gəzirdi ki, avtomobil amerikalıların SSRİ-yə hədiyyəsidir… 70-ci illər milisinin sərəncamında alman avtomobillərindən BMW də vardı.
Bu avtomobillər təbii ki, sıradan “QAİ” postlarında dayanmırdılar.
Tam oxu
Xəbəri oxu