Icma.az
close
up
RU
SSRİ də vətəndaşları şoka salan milis Mersedes ləri

SSRİ də vətəndaşları şoka salan milis Mersedes ləri

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri. 

Bu gün “Rolls-Royce”ların polis maşını kimi istifadə olunduğunu görmək nə qədər təəccüb yaradarsa, bir vaxtlar sovet milisini “alman əfsanəsi” “Mercedes-Benz”də görmək bir o qədər heyrət doğurmuşdu.

Azpost.info bildirir ki, təmtəraq və lüksdən uzaq həyat tərzinin təbliğ olunduğu 70-lərdə sovet milisi sarı və mavi zolaqlı “Mercedes”də xidmət aparırdı. Ola bilsin ki, avtomobil Moskvada keçirilən beynəlxalq “Krimtexnika-74” sərgisindən qalmışdı və ya Qərb firmaları ondan daha əvvəl ölkəyə bir neçə avtomobil gətirmişdilər. Amma o da bəllidir ki, ABŞ istehsalı olan “Ford Galaxy” Moskvada bu tarixdən daha əvvəl peyda olmuşdu.

SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri. 

Bəyaz rəngli bu “inomarka” görənləri özünə heyran qoyurdu. Söhbət gəzirdi ki, avtomobil amerikalıların SSRİ-yə hədiyyəsidir…

70-ci illər milisinin sərəncamında alman avtomobillərindən BMW də vardı. Bu avtomobillər təbii ki, sıradan “QAİ” postlarında dayanmırdılar. Onları əsasən, məşhur Leninski prospekti ilə Vnukovo hava limanına və ya Leninqradka ilə Zavidovaya – Baş katib Brejnevin bağ evinə doğru şütüyərkən görmək olurdu. Özü də hökumət kortejlərinin müşayiətində…

Alman mühəndislərinin şöhrətinə şöhrət qatan “Mersedes”lərin Moskvada da xüsusi çəkisi vardı. Onlar bir qayda olaraq, Leninski prospekti, Dimitrova küçəsi, “Bolşoy Kamennı” körpüsü ilə üzü Kremlə gedən fəxri xarici qonaqların avtomobillərini müşayiət edirdilər.

Sovet milisində “Mersedes”lərin sayı “Olimpiada-80” ərəfəsi artmağa başladı. Belə söhbət gəzirdi ki, alış zamanı bu avtomobillərdən Sovet liderləri və onların övladlarına da pay çatıb. Milislərə yuxarıda adı çəkilən markalardan da başqa xarici avtomobillər də ayrılmışdı. Məsələn, “Dodge Tradesman”, İsveç markası olan “Volvo 264”, Fransa istehsallı “Renault”lar, hətta “Porsche 911”lər də polisin xidmətində idi.

Deyilənlərə görə, bu avtomobillərin əksəriyyəti Moskvada keçirilən müxtəlif beynəlxalq sərgilərdən sonra milisin bazasına yeganə nümunələr kimi daxil olub. Məşhur “yenidənqurma dövrü”ndə isə paytaxtda ABŞ istehsalı olan milis avtomobilləri – “Ford Crown Victoria”, həmçinin “Chevrolet”in populyar modelləri olan “Caprice”, “Cavalier”, zamanla isə bir çox başqa xarici avtomobillər görünməyə başladı…

SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri. 

Azpost.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 Yanvar 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see133

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see125

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri