Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sürgünlər və repressiyalarla bağlı qanlı diktator və II dünya müharibəsinin triumfatoru kimi məşhur olan İosif Stalin kifayət qədər uzaqgörən siyasətçi olub.
Adolf Hitler Avropanı yavaş-yavaş işğal etməyə başlayanda, Stalin vaxt və müttəfiq qazanmağın qaçılmazlığını dərk edib.
Stalin belə müttəfiqlərin ingilislər və amerikalılar ola biləcəyini təxmin edib.
Amma iş burasındadır ki, onlar hələ qarşıdakı müharibədə kimin – SSRİ-nin, yoxsa Almaniyanın – qalib gələcəyini, kiminlə dostluq etməli olduqlarını bilmirdilər.
Stalin ölkəsinə dost qazanmaq üçün hər yola, hətta onun axırıncısına da qədəm qoyub.
Qeyri-ənənəvi oriyentasiyası olan diplomat 1942-1946-cı illərdə Böyük Britaniyanın SSRİ-dəki səfiri Arçibald Kerr olub.
Aydındır ki, casuslar onu kifayət qədər uzun müddət izləyib və haqqında SSRİ Xalq Daxili İşlər Komissarlığına sorğu göndəriblər.