Icma.az
close
up
RU
Stalinin səfirə verdiyi masajçı axırda mirasçı olub

Stalinin səfirə verdiyi masajçı axırda mirasçı olub

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sürgünlər və repressiyalarla bağlı qanlı diktator və II dünya müharibəsinin triumfatoru kimi məşhur olan İosif Stalin kifayət qədər uzaqgörən siyasətçi olub. Adolf Hitler Avropanı yavaş-yavaş işğal etməyə başlayanda, Stalin vaxt və müttəfiq qazanmağın qaçılmazlığını dərk edib.

Stalin belə müttəfiqlərin ingilislər və amerikalılar ola biləcəyini təxmin edib. Amma iş burasındadır ki, onlar hələ qarşıdakı müharibədə kimin – SSRİ-nin, yoxsa Almaniyanın – qalib gələcəyini, kiminlə dostluq etməli olduqlarını bilmirdilər.

Stalin ölkəsinə dost qazanmaq üçün hər yola, hətta onun axırıncısına da qədəm qoyub.

Qeyri-ənənəvi oriyentasiyası olan diplomat

1942-1946-cı illərdə Böyük Britaniyanın SSRİ-dəki səfiri Arçibald Kerr olub. Aydındır ki, casuslar onu kifayət qədər uzun müddət izləyib və haqqında SSRİ Xalq Daxili İşlər Komissarlığına sorğu göndəriblər.
Bir gün Stalinə Kerrin əks cinsə münasibəti baxımından çox qəribə üstünlükləri haqqında məlumat verilib. Daha doğrusu, Kerr rəsmi nikahda olmasına baxmayaraq, həyat yoldaşına yox, öz cinsindən olanlara “ülvi hisslər” bəsləyib. Kəşfiyyatçılar bu məlumatın həqiqiliyini yoxlamaq qərarına gəlib.
Böyük Britaniyanın diplomatik missiyası müharibə zamanı bütün xarici səfirliklərin yerləşdiyi Kuybışevə (indiki Samara) gələndə onları yalnız cavan, cazibədar görünüşlü insanlardan ibarət diplomatlar qrupu qarşılayıb. Bu qarşılama Kerrinin ürəyincə olub. Diplomatın qeyri-ənənəvi oriyentasiyası ilə bağlı şayiələr işıq sürəti ilə yayılıb. Şübhələr olsa belə, ilk növbədə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən çox diqqətlə gizlədilib. Çünki diplomat iki ölkə arasında həlli çətin və vacib olan problemin nizamlanmasında çox ciddi səylər göstərib.

Stalin və Kerr arasında münasibət

Stalin və Kerr bir-birlərinə böyük hörmət bəsləyirdilər ki, bu da onlara kifayət qədər səmərəli qarşılıqlı əlaqə yaratmağa imkan verib. Xüsusilə də SSRİ-yə müttəfiqlərdən gələcək silah və texnika yardımı məhz Kerr sayəsində mümkün olub.

Britaniya diplomatı ölkələr arasında hər hansı bir çətinliyi və anlaşılmazlığın SSRİ üçün faydalı olan şərtlərlə həllinə kömək edib. Bir neçə il sonra Kerrin 1946-cı ildə İndoneziyaya köçürülməsinə səbəb məhz bu münaqişə vəziyyətlərini həll etmək və necə deyərlər, iki yanğın arasında manevr etmək bacarığı olub.

Məsələ burasındadır ki, o vaxt İndoneziyada müstəqillik savaşı başlayıb və güclü danışıqlar aparan diplomatın xidmətinə ehtiyac yaranıb. Lakin diplomat digər ölkəyə getməzdən qabaq ona qarşı bütün şübhələri təsdiqləyən maraqlı hadisə baş verib.

Stalinin hədiyyəsi

25 yanvar 1946-cı ildə SSRİ-ni tərk edən səfirlər üçün vida şam yeməyi verilib. Mərasimdə Stalin, Kerr və digər səfirlər iştirak edib. Belə tədbirlər zamanı Stalinin xaricdən gələn qonaqları hədiyyəsiz buraxmamaq vərdişi olub. O, Kerrə çox orijinal hədiyyə – qara kürü, konyak, öz fotoşəkilini və gənc masajçı hədiyyə edib.

Fakt budur ki, Kerr son vaxtlar tez-tez bel ağrılarından şikayətlənib və sovet həkimlərindən kömək almaq üçün Stalinlə məsləhətləşib. Stalin bir az fərqli davranmağa qərar verib. Masajçı tibb təhsili almış Volqa almanlarından olan Yevgeni Yost olub. Stalin rəsmi olaraq Yostu Britaniya səfirinin yanına göndərib. Qeyri-rəsmi olaraq bu, “kölə vermək” adlanıb. Bunu müxtəlif tarixçilərin yazılarında da tapmaq olar.

Ağıllı və çevik oğlan olan Yevgeni “rus almanı” kimi müharibənin əvvəlində repressiyaya məruz qalmayıb və Sibirə dəmir yollarının tikintisinə göndərilməyib. O, 1948-ci ildə Vaşinqtona köçürülənə qədər iki il Kerrin orqanizminə xidmət göstərib, misterin səhhətinə nəzarət edib. Yost ABŞ-yə həkim və masajçı kimi yox, Kerrin şəxsi köməkçisi kimi gedib. İndoneziyada olduğu iki il ərzində Kerr Stalinə Yostun revmatizmlə necə yaxşı mübarizə apardığına dair təşəkkür məktubları göndərib.

Soyuq müharibə başlayanda Sovet İttifaqının tərəfini saxladığı üçün Kerr təqaüdə çıxmaq məcburiyyətində qalıb. Bununla belə, Yost həyatının sonuna qədər Kerrlə qalıb və 1951-ci ildə keçmiş diplomat vəfat edəndə məlum olub ki, “kölə” mərhumun varislərindən biridir. Birdən zəngin olan keçmiş masajçı pulu ağılla xərcləyərək təkcə ABŞ-da deyil, dünyanın ən böyük qida xidmət şəbəkələrindən birinə yatırım edib.

İlkin Nəcəf,

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Yanvar 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri