Stankov və Yorgensen Azərbaycandan Avropaya “yaşıl dəhliz” layihəsini müzakirə ediblər | I…
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. Bolqarıstanın energetika naziri Jeço Stankov və Avropa İttifaqının (Aİ) enerji mə
Bu barədə “Report” Bolqarıstanın Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.
"Brüsseldə keçirilən görüşdə tərəflər elektrik və qaz təchizatı sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Bu baxımdan Şaquli Qaz Dəhlizinin tikintisinin sürətləndirilməsi, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa əsaslanan "Yaşıl Enerji Dəhlizi" təşəbbüsü müzakirə olunub", - məlumatda bildirilib.
Energetika Nazirliyi bildirir ki, Bolqarıstan “Black Sea Energy” layihəsini lap əvvəldən dəstəkləyib və dörd ölkə arasında imzalanmış sazişə qoşulmaqla bağlı birgə dəvət alıb.
"Layihə regional və milli enerji təhlükəsizliyinin gücləndirilməsində strateji əhəmiyyət kəsb edir və Bolqarıstan burada mühüm rol oynaya bilər.
Bununla yanaşı, Bolqarıstan, Türkiyə, Azərbaycan və Gürcüstan arasında “yaşıl elektrik enerjisi”nin ötürülməsi və ticarəti ön planda olmaqla regional enerji əməkdaşlığının gücləndirilməsi imkanları müzakirə olunur", - məlumatda vurğulanıb.
Stankov həmçinin hökumətin enerji sektorundakı əsas prioritetlərini təqdim edib.
Tam oxu
Xəbəri oxu