Icma.az
close
up
RU
Stankov və Yorgensen Azərbaycandan Avropaya “yaşıl dəhliz” layihəsini müzakirə ediblər

Stankov və Yorgensen Azərbaycandan Avropaya “yaşıl dəhliz” layihəsini müzakirə ediblər

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Bolqarıstanın energetika naziri Jeço Stankov və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensen Azərbaycandan Gürcüstan və Rumıniya vasitəsilə Avropaya “yaşıl enerji” təchizatını nəzərdə tutan Qara dəniz enerji kabelinin (Black Sea Energy) çəkilməsi də daxil olmaqla əsas infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Bu barədə “Report” Bolqarıstanın Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

"Brüsseldə keçirilən görüşdə tərəflər elektrik və qaz təchizatı sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan Şaquli Qaz Dəhlizinin tikintisinin sürətləndirilməsi, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa əsaslanan "Yaşıl Enerji Dəhlizi" təşəbbüsü müzakirə olunub", - məlumatda bildirilib.

Energetika Nazirliyi bildirir ki, Bolqarıstan “Black Sea Energy” layihəsini lap əvvəldən dəstəkləyib və dörd ölkə arasında imzalanmış sazişə qoşulmaqla bağlı birgə dəvət alıb.

"Layihə regional və milli enerji təhlükəsizliyinin gücləndirilməsində strateji əhəmiyyət kəsb edir və Bolqarıstan burada mühüm rol oynaya bilər. Bununla yanaşı, Bolqarıstan, Türkiyə, Azərbaycan və Gürcüstan arasında “yaşıl elektrik enerjisi”nin ötürülməsi və ticarəti ön planda olmaqla regional enerji əməkdaşlığının gücləndirilməsi imkanları müzakirə olunur", - məlumatda vurğulanıb.

Stankov həmçinin hökumətin enerji sektorundakı əsas prioritetlərini təqdim edib. Bu prioritetlər Nazirlər Kabinetinin idarəetmə proqramında təsbit olunacaq. "Bolqarıstan enerji mənbələrinin şaxələndirilməsi, nüvə enerjisi və yaşıl texnologiyaların inkişafı, həmçinin enerji səmərəliliyinin artırılması üzərində işləyəcək", - o bildirib.

“Black Sea Energy” Xəzər dənizinin Azərbaycan sektorunda istehsal olunan “yaşıl enerji”nin Gürcüstana, daha sonra Qara dənizin dibi ilə çəkilən kabellə Avropaya çatdırılmasını nəzərdə tutur. Bu dəhliz vasitəsilə ildə 4 QVt “yaşıl enerji”nin ixracı planlaşdırılır.

Texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması artıq yekun mərhələdədir. Obyektin tikintisi 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 1 195 km uzunluğunda “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları “Black Sea Energy”nin reallaşdırılması çərçivəsində birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb. 2023-cü ilin iyun ayında Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bildirib. Serbiya və Moldova da layihədə iştiraka maraq göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Fevral 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri