Stankoviçi Riera əvəzlədi Rəsmi

14.08.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stankoviçi Riera əvəzlədi - Rəsmi

Belqradın “Srvena Zvezda” klubunda baş məşqçi dəyişikliyi baş verib.

QOL.az xəbər verir ki, Serbiya təmsilçisi ispaniyalı mütəxəssis Albert Rieranı baş məşqçi vəzifəsinə təyin edib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 44 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Riera bu vəzifədə Deyan Stankoviçi əvəzləyib. Stankoviç komandanın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Hapoel" (Ber-Şeva”) klubuna məğlub olaraq mübarizəni dayandırmasından sonra istefa verib.

Qeyd edək ki, Albert Rieranın son iş yeri Almaniyanın “Ayntraxt” klubu olub. O, daha əvvəl Sloveniyanın “Olimpiya” və “Çelye”, həmçinin Fransanın “Bordo” komandalarını çalışdırıb. Riera “Çelye” ilə Sloveniya çempionluğu və kubokunu qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью