Stankoviçi Riera əvəzlədi Rəsmi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belqradın “Srvena Zvezda” klubunda baş məşqçi dəyişikliyi baş verib.
QOL.az xəbər verir ki, Serbiya təmsilçisi ispaniyalı mütəxəssis Albert Rieranı baş məşqçi vəzifəsinə təyin edib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 44 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
Riera bu vəzifədə Deyan Stankoviçi əvəzləyib. Stankoviç komandanın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Hapoel" (Ber-Şeva”) klubuna məğlub olaraq mübarizəni dayandırmasından sonra istefa verib.
Qeyd edək ki, Albert Rieranın son iş yeri Almaniyanın “Ayntraxt” klubu olub. O, daha əvvəl Sloveniyanın “Olimpiya” və “Çelye”, həmçinin Fransanın “Bordo” komandalarını çalışdırıb. Riera “Çelye” ilə Sloveniya çempionluğu və kubokunu qazanıb.
Baxış sayı:47
Bu xəbər 14 Avqust 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















