Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 10 yanvar, AZƏRTAC İlon Maska məxsus “SpaceX” şirkəti növbəti sınaq uçuşunun tarixini açıqlayıb.
Meqaraketin yenilənmiş versiyasının sınaq uçuşu yerli vaxtla yanvarın 14-də saat 2-də planlaşdırılır və bu, raketin 7-ci uçuşudur.
AZƏRTAC shao.az saytına istinadla xəbər verir ki, uçuş zamanı ilk dəfə olaraq “Starship”dən faydalı yükün buraxılması planlaşdırılır.
Belə ki, kosmik gəmi orbitə 10 eksperimental mini peyk çıxaracaq. Bu, sonradan “Starlink” peyklərinin daşınması üçündür.
“Starlink” peykləri aşağı Yer orbitində yerləşdirilmiş, internet üçün istifadə olunan zəncirvari peyklər dəstidir və şirkət gələcəkdə onların sayını 40 minə çatdırmağı planlayır.
Təkrar istifadə üçün hazırlanmış bu konstruksiya iki hissədən ibarətdir – “Starship” kosmik gəmisi və “Super Heavy” daşıyıcısı.
Ümumi hündürlüyü 123 metr olan konstruksiya “SpaceX”in inkişafı tarixində ən hündür raketdir, “Super Heavy” daşıyıcısı NASA-nın Ay missiyaları üçün hazırladığı SLS raketindən iki dəfə güclüdür.