Icma.az
close
up
RU
“Starship”in yeni sınaq uçuşunun tarixi məlum olub AZƏRTAC

“Starship”in yeni sınaq uçuşunun tarixi məlum olub AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 yanvar, AZƏRTAC

İlon Maska məxsus “SpaceX” şirkəti növbəti sınaq uçuşunun tarixini açıqlayıb. Meqaraketin yenilənmiş versiyasının sınaq uçuşu yerli vaxtla yanvarın 14-də saat 2-də planlaşdırılır və bu, raketin 7-ci uçuşudur.

AZƏRTAC shao.az saytına istinadla xəbər verir ki, uçuş zamanı ilk dəfə olaraq “Starship”dən faydalı yükün buraxılması planlaşdırılır. Belə ki, kosmik gəmi orbitə 10 eksperimental mini peyk çıxaracaq. Bu, sonradan “Starlink” peyklərinin daşınması üçündür. “Starlink” peykləri aşağı Yer orbitində yerləşdirilmiş, internet üçün istifadə olunan zəncirvari peyklər dəstidir və şirkət gələcəkdə onların sayını 40 minə çatdırmağı planlayır.

Təkrar istifadə üçün hazırlanmış bu konstruksiya iki hissədən ibarətdir – “Starship” kosmik gəmisi və “Super Heavy” daşıyıcısı. Ümumi hündürlüyü 123 metr olan konstruksiya “SpaceX”in inkişafı tarixində ən hündür raketdir, “Super Heavy” daşıyıcısı NASA-nın Ay missiyaları üçün hazırladığı SLS raketindən iki dəfə güclüdür.

“Starship” Yer ətrafında orbitini tamamladıqdan sonra və Avstraliyanın şimal-qərb sahillərində Hind okeanına düşəcək. “Super Heavy” daşıyıcısı isə uçuş meydançasına qayıtmalı və tutucu qollar vasitəsilə tutulmalıdır.

Raket daha əvvəl altı uçuş edib. Bu dəfə isə daşıyıcıda bir çox yeniliklər olunub və sistem optimallaşdırılıb. Dizayn təkmilləşdirmələri arasında ön sükan çarxlarının yeni tərtibatı da var ki, bu da onların qızmasını azaldır. Əvvəlki sınaqlar zamanı bu elementlər sona qədər öz funksiyalarını yerinə yetirmələrinə baxmayaraq, yenidən atmosferə daxil olduqda ciddi zədələnmişdi. Bundan əlavə, yeddinci uçuş üçün “Starship”in yanacaq tutumu 25 faiz artırılıb. Həmçinin avionika, kompüterlər, rabitə və enerji paylama sistemləri də tamamilə yenilənib. “Starship”in texnoloji imkanlarının hər dəfə yenilənməsi gələcəkdə Aya və Marsa missiyalara hazırlıqdır.

Uçuş Texas ştatının Boka-Çikada yerləşən Starbase platformasından həyata keçiriləcək. Şirkət uçuşu onlayn paylaşmağı planlaşdırır və canlı yayım uçuşdan təxminən 35 dəqiqə əvvəl başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri