Sterlinqin meneceri Samsunspor la masaya oturdu Bəs Qarabağ variantı nə oldu?

03.02.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin "Samsunspor" klubu dünya futbolunun ən tanınmış simalarından biri olan Rahim Sterlinqi heyətinə qatmaq üçün rəsmi addımlar atıb.

Fanat.Az xəbər verir ki, yanvarın 28-də "Çelsi" ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən və hazırda azad agent statusunda olan 31 yaşlı ingilis ulduzun meneceri ilə artıq ilk təmaslar qurulub.

"Samsunspor"un prezidenti Yüksel Yıldırım mətbuata verdiyi açıqlamada bu keçidin reallaşma ehtimalının hazırda 50 faiz olduğunu və ulduz futbolçunu Samsuna gətirmək üçün bütün imkanları səfərbər etdiklərini bildirib.

Qeyd edək ki, Sterlinqin adı bir müddət əvvəl Azərbaycan çempionu "Qarabağ"la da hallansa da, futbolçu ilə hər hansı danışıq aparılmadığı və bu xəbərlərin əsassız olduğu vurğulanıb.

Karyerası ərzində "Liverpul", "Mançester Siti" və "Arsenal" kimi nəhənglərdə çıxış edən, Premyer Liqada 123 qol vurmuş təcrübəli hücumçunun növbəti dayanacağının Türkiyə olub-olmayacağı böyük maraqla gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью