Sterlinqin meneceri Samsunspor la masaya oturdu Bəs Qarabağ variantı nə oldu?
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin "Samsunspor" klubu dünya futbolunun ən tanınmış simalarından biri olan Rahim Sterlinqi heyətinə qatmaq üçün rəsmi addımlar atıb.
Fanat.Az xəbər verir ki, yanvarın 28-də "Çelsi" ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən və hazırda azad agent statusunda olan 31 yaşlı ingilis ulduzun meneceri ilə artıq ilk təmaslar qurulub.
"Samsunspor"un prezidenti Yüksel Yıldırım mətbuata verdiyi açıqlamada bu keçidin reallaşma ehtimalının hazırda 50 faiz olduğunu və ulduz futbolçunu Samsuna gətirmək üçün bütün imkanları səfərbər etdiklərini bildirib.
Qeyd edək ki, Sterlinqin adı bir müddət əvvəl Azərbaycan çempionu "Qarabağ"la da hallansa da, futbolçu ilə hər hansı danışıq aparılmadığı və bu xəbərlərin əsassız olduğu vurğulanıb.
Karyerası ərzində "Liverpul", "Mançester Siti" və "Arsenal" kimi nəhənglərdə çıxış edən, Premyer Liqada 123 qol vurmuş təcrübəli hücumçunun növbəti dayanacağının Türkiyə olub-olmayacağı böyük maraqla gözlənilir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Fevral 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















