“Stop”u “Toxta” sözü ilə əvəzləyək”

31.10.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yol nişanları lövhələrindəki “Stop” sözünün əvəzinə “dur”, ya da “toxta” sözünü işlətmək daha məqsədəuyğun olar”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu Bizim.Media-ya açıqlamasında deyib.

“Aydındır ki, “stop” bizim sözümüz deyil. “Dur” əmr formasındadır və burada hərəkətin davamlılığı ifadə olunmur. Amma onun əvəzinə “toxta” sözünü işlətsək, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var. Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et. Beləliklə, üç semantik məna bir sözdə cəmləşir. Bəlkə, yol hərəkətini tənzimləyən nişanlarda da bu sözlərə qayıdaq? Axı bu, bizim öz sözümüzdür”, – deyə deputat qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью