“Stop”u “Toxta” sözü ilə əvəzləyək”
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Yol nişanları lövhələrindəki “Stop” sözünün əvəzinə “dur”, ya da “toxta” sözünü işlətmək daha məqsədəuyğun olar”.
"Cebheinfo.az" xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu Bizim.Media-ya açıqlamasında deyib.
“Aydındır ki, “stop” bizim sözümüz deyil. “Dur” əmr formasındadır və burada hərəkətin davamlılığı ifadə olunmur. Amma onun əvəzinə “toxta” sözünü işlətsək, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var. Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et. Beləliklə, üç semantik məna bir sözdə cəmləşir. Bəlkə, yol hərəkətini tənzimləyən nişanlarda da bu sözlərə qayıdaq? Axı bu, bizim öz sözümüzdür”, – deyə deputat qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 31 Oktyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















