Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Rusiyanın Kursk vilayətində Ukraynanın uğurları gələcək danışıqlarda həlledici "kozır" olacaq..." "Storm Shadow" raketlərindən Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsi Ukraynada müharibənin gedişini dəyişməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Royal United Services İnstitute (RUSI) analitik mərkəzinin hərbi elmlər üzrə direktoru Metyu Sevill bəyan edib.
Məlumatı "The Times" nəşri yayıb. "Storm Shadow" raketlərinin təsiri kifayət qədər məhdud olacaq və əsasən Kursk vilayəti ətrafına yönəldilə
Bu, azsaylı resursdur və Ukrayna ona qənaətlə yanaşacaq", - o, deyib.
Bununla birlikdə, qeyd edilir ki, böyük ehtimalla, Rusiyanın Kursk vilayətində Ukraynanın uğurları Rusiya qoşunlarının Ukraynanın şərqində fəal irəliləməsi nəzərə alınmaqla Donald Trampın andiçmə mərasimindən sonra gələcək danışıqlarda "həlledici kozır" olacaq.
"Son ay ərzində Rusiyanının uğurları artıb. Ukraynalılar tükənib. Onlar fiziki və mənəvi cəhətdən yorulub.
Fasilələr yoxdur", - Sevill əlavə edib. Qeyd edilir ki, Rusiya böyük itkilərə məruz qalır, buna baxmayaraq, hücum etməkdə davam edir.