Icma.az
close
up
RU
Storm Shadow raketləri müharibənin gedişini dəyişəcəkmi? The Times

Storm Shadow raketləri müharibənin gedişini dəyişəcəkmi? The Times

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rusiyanın Kursk vilayətində Ukraynanın uğurları gələcək danışıqlarda həlledici "kozır" olacaq..."

"Storm Shadow" raketlərindən Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsi Ukraynada müharibənin gedişini dəyişməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Royal United Services İnstitute (RUSI) analitik mərkəzinin  hərbi elmlər üzrə direktoru Metyu Sevill bəyan edib. Məlumatı "The Times" nəşri yayıb.

"Storm Shadow" raketlərinin təsiri kifayət qədər məhdud olacaq və əsasən Kursk vilayəti ətrafına yönəldiləcək. Bu, azsaylı resursdur və Ukrayna ona qənaətlə yanaşacaq", - o, deyib.

Bununla birlikdə, qeyd edilir ki, böyük ehtimalla, Rusiyanın Kursk vilayətində Ukraynanın uğurları Rusiya qoşunlarının Ukraynanın şərqində fəal irəliləməsi nəzərə alınmaqla Donald Trampın andiçmə mərasimindən sonra gələcək danışıqlarda "həlledici kozır" olacaq.

"Son ay ərzində Rusiyanının  uğurları artıb. Ukraynalılar tükənib. Onlar fiziki və mənəvi cəhətdən yorulub. Fasilələr yoxdur", - Sevill əlavə edib.

Qeyd edilir ki, Rusiya böyük itkilərə məruz qalır, buna baxmayaraq, hücum etməkdə davam edir. Kiyevin Trampın vəzifəsinə başlamasınadək öz müdafiə xəttini qoruyub saxlaması üçün ABŞ Ukraynaya piyadalar əleyhinə minaların tədarük edilməsinə qərar verib, nəşr yazıb.

Məqalədə həmçinin qeyd edilir ki, cəbhədə vəziyyət daha çox qışda hava şəraitindən asılı olacaq. Sevillin deməsinə görə, Ukrayna qışın nisbətən mülayim keçəcəyinə ümid edir, bu da Rusiya qoşunlarının irəliləməsini əngəlləməlidir. Əgər çox soyuq olarsa, Rusiya qoşunlarının irəliləməsi asanlaşacaq.

"Əgər Tramp atəşkəslə bağlı danışıqlarda uğur qazansa belə, Rusiya və ya Ukraynanın əməkdaşlıq edəcəyinə heç bir zəmanət yoxdur. Həm də Rusiya daha çox fayda əldə etmək üçün münaqişənin uzadılmasında maraqlıdır", - "The Times" əlavə edib.

"Storm Shadow" raketləri ilə ilk zərbə - bəlli olanlar

Xatırladaq ki, noyabrın 20-də Ukrayna ilk dəfə olaraq Rusiya ərazisinə "Storm Shadow" raketi ilə zərbə endirib.

Sonradan bu raketlə Rusiya və KXDR generallarının olduğu qərargaha zərbə endirildiyi barədə məlumat üzə çıxıb. Ekspertlərin sözlərinə görə, Ukrayna eyni vaxtda ona yaxın raket buraxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Noyabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri