Stresi çox, maaşı az... Avtobusun iş və insan yükü nəqliyyat sisteminin müxtəlif vasitələrinə paylanmalıdır

29.12.2024

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hamımız Bakının ictimai nəqliyyatından narazıyıq. Düşünürük ki, niyə İstanbulda olduğu kimi Bakıda şəhərdaxili tramvaylar yoxdur? Və ya sərnişinlər niyə saatlarla avtobus gözləməlidir? Və yaxud niyə avtobusun sükan arxasına keçən sürücülər niyə tütün məhsulu çəkməli, telefonla danışmalıdır? Maraqlıdır ki, indiki dövrdə avtobus sürücülərinin çoxu avtobusu elə idarə edir ki, elə bil bu saat üzərindən keçəcək. Deyirlər ki, yaxşı sürücülər də azdır. Səbəb?

Nəqliyyat məsələləri üzər ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildiirb ki, Bakı nəqliyyatının əsas problemlərindən biri də sürücü qıtlığıdır və bunun da əsas səbəbləri sahənin stressli, əmək haqqının da az olmasıdır. Ekspert hesab edir ki, brutto müqaviləyə keçid olduğu təqdirdə, sürücülərin maaşı artırılacaq və bu sahəyə maraq daha da artacaq.

Rauf Ağamirzəyev

“Digər güzəçtlər də, tələbələr, pensiyaçılar, əlil və qazilərin bu güzəştlərdən yararlanması üçün bu güzəştləri formalaşdıran brutto müqavilələrdir. Brutto müqavilələr hesabına bir çox işləri də görmək olar”-deyən ekspertin fikrincə, başqa bir məsələ avtobusların yükünün azaldılmasıdır.

“Bu gün günlük səfər sayı avtobusla 1 milyon 600-dür. Bunun önəmli hissəsini relsli nəqliyyata yönləndirmək lazımdır. Üstünlük və maliyyə dayanıqlığı təmin olunmuş olduğu halda avtobusun yükü də azaldılmalıdır. Yəni bu səfərlər müəyyən qismi şəhərətrafı elektrik qatarlarına, şəhər daxilində metroya, gələcəkdə tramvaylara yönəldilməlidir”-deyə Rauf Ağamirzəyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью