Süleyman Abdullayevin qızından nazirə MÜRACİƏT: “Atamın adına musiqi məktəbinin yaradılmas…
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün görkəmli sənətkar, ustad xanəndə Dədə Süleyman adı ilə tanınan Süleyman Abdullayevin anım günüdür.
Sənətkarın qızı Aygün Abdullayeva xatirələrini Moderator.az-la bölüşüb: “Atam Süleyman Abdullayevin vəfatından artıq 3 il keçir.
Biz hələ də onun yoxluğuna inanmırıq. O qədər yeri görünür ki.. Nəslimizin, ailəmizin böyüyü idi.
Mənə elə gəlir ki, hələ də yuxudayam və o dəhşətli yuxudan ayıla bilmirəm.
Hansı gün ki, xəstələnirəm və yaxud da nəsə çətin bir işim olur, atamla anamın ruhunu yanımda hiss edirəm duyuram.
Ona görə də onlar mənim üçün heç vaxt ölməyib, yaşayırlar. Kaşki atam sağ olaydı.
İnsan nə qədər yaşa dolsa da, hər zaman valideyni üçün darıxır. Ömrüm boyu ata-ana həsrətindəyəm.
Tam oxu
Xəbəri oxu