Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Süleyman Abdullayevin qızından nazirə MÜRACİƏT: “Atamın adına musiqi məktəbinin yaradılmasını istərdik” FOTO+ÖZƏL

Süleyman Abdullayevin qızından nazirə MÜRACİƏT: “Atamın adına musiqi məktəbinin yaradılmasını istərdik” FOTO+ÖZƏL

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün görkəmli sənətkar, ustad xanəndə Dədə Süleyman adı ilə tanınan Süleyman Abdullayevin anım günüdür.

Sənətkarın qızı Aygün Abdullayeva xatirələrini Moderator.az-la bölüşüb:

“Atam Süleyman Abdullayevin vəfatından artıq 3 il keçir. Biz hələ də onun yoxluğuna inanmırıq. O qədər yeri görünür ki.. Nəslimizin, ailəmizin böyüyü idi. Mənə elə gəlir ki, hələ də yuxudayam və o dəhşətli yuxudan ayıla bilmirəm. Hansı gün ki, xəstələnirəm və yaxud da nəsə çətin bir işim olur, atamla anamın ruhunu yanımda hiss edirəm duyuram. Ona görə də onlar mənim üçün heç vaxt ölməyib, yaşayırlar. Kaşki atam sağ olaydı. İnsan nə qədər yaşa dolsa da, hər zaman valideyni üçün darıxır. Ömrüm boyu ata-ana həsrətindəyəm. Atam-anam mənim nəvəmin dünyaya gəlişini görmədi. O qədər arzularım var idi ki.. Atam və anamın dünyadan gedişi ilə bütün arzularım yarım qaldı. Anam dünyasını dəyişəndən sonra atam mənimlə dərdləşirdi. Mənə etiraflar edirdi. Hətta deyərdi ki, ananı çox incitmişəm. Əlbəttə ki, bütün ailələrdə söz-söhbətlər olur. Amma anam atama, atam da anama çox gözəl baxıb”.

Aygün xanım atasının adının əbədiləşdirilməsi ilə bağlı arzusunu da dilə gətirib:

“Çox istərdim ki, atamın adı ədəbi olaraq yaşasın. Bilirsiniz ki, atam Füzulinin Qoçəhmədli kəndindəndir. Ən böyük arzumuz da atamın adının musiqi məktəbinə verilməsidir. Eybi yox, qoy həmin musiqi məktəbi bir mərtəbəli olsun, yığcam olsun. Amma atamın adına Qoçəhmədli kəndində musiqi məktəbi olsun. O qədər istedadlı uşaqlar var ki. Həmin uşaqlar gəlib orada təhsil alarlar və onlardan soruşanda ki, hansı məktəbi bitirmisiz? Desinlər ki, Süleyman Abdullayev adına musiqi məktəbini. Fərq etməz, ya Qoçəhmədli kəndində, ya da Füzulinin mərkəzində olsun məktəb. Əgər bu arzum həyata keçsə atamın ruhu şad olar. Mən sizin vasitənizlə Mədəniyyət Nazirliyi və digər aidiyyatı qurumlara müraciət edirəm. Əlbəttə ki, tək əldən səs çıxmaz. Müəyyən qurumlar görməlidirlər, sənətkarlar müraciət etməlidir. Mən də bu məsələdə təşəbbüs göstərməyə hazıram. Əlbəttə ki, gücüm çatan qədər” deyə sənətkarın övladı bildirib.

Aygün xanım bildirib ki, atası “dədə” adını elə-belədən almayıb:

“İstedadı Allah atama vermişdi. İnsan üçün hər şeyi Allah edib. Atamı xalq istəyib və o gedib həmin zirvəyə çatıb. Atama “dədə” adını da xalq verib. Kimin belə adı var? Fəxri ad hamıya verilir, amma “dədə” adı hər kəsə nəsib olmur. Mənim atam həqiqi dədəlik edib. O dədəliyi hər adam edə bilmir. Biz uşaq idik, ordan-burdan eşidirdik. O qədər insan üçün ev alıb, cehiz alıb, toyunu edib ki.. Özgə övladlarını öz övladlarından ayırmayıb. Ona görə “dədə” adını alıb. Ömrünün son günlərində fəxri ad almadığına görə gileylənirdi. Bunu ilk dəfədir sizə deyirəm. Deyirdi ki, “qızım, hər şey vaxtında gözəldir”. O vaxt çəkdiyi əziyyətlərdən danışırdı, gileylənirdi. Amma bununla belə heç vaxt efirdə yaxud da verilişlərdə gileylənməyib, şikayətlənməyib. Atam cəbhə bölgələrində, xarici dövlətlərdə o qədər konsertlər verib ki.. Sadəcə özünü heç vaxt reklam etməyib. Atam özünü xalq üçün fəda edib”.

Aygün Abdullayeva bildirib ki, qardaşları ilə münasibəti çox yaxşıdır:

“Hər ailədə ata-bala arasında inciklik olur. Amma atam heç kimdən incik, küsülü getmədi. Qardaşım Ceyhunla da barışdı. Qardaşlarım da atam dünyasını dəyişəndə onun başının üstündə idi. Onlarla çox gözəl münasibətim var. Qardaşım Cümşüd də yaxşıdır, sağlamlığına qovuşub. Şükürlər olsun Allaha. Yuxuda atamı-anamı görürəm ki, ruhları şaddır. Demək ki, onlar da bizim bu günümüzə sevinirlər. Mən əslində ailə söhbətinin efirə çıxmasının əleyhinə idim. Mən heç vaxt qoymaram ki, qardaşlarım yıxılsın. Allah onlara can sağlığı versin”.

Aygün xanım deyir ki, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın hər zaman dəstəyini hiss edib:

“Atam Zeynəb xanımı özünə bacı bilirdi. O vaxt Zeynəb xanımın atama böyük yaxşılıqları dəyib. Aidiyyatı qurumlara Zeynəb xanım deyəndən sonra atama fəxri ad və digər mükafatlar verildi. Allah Zeynəb xanıma can sağlığı versin. O mənim kumirimdir. Balaca uşaq idim, o necə oxuyurdusa onu yamsılayırdım. Ruhumla, bütün hisslərimlə Zeynəb xanımı sevmişəm. O xanımın duruşu, davranışı, mahnı ifa etməsi bir başqadır. Atam həmişə onun etdiyi yaxşılıqlardan ürək dolusu danışırdı. Dədə xəstə yatağında olanda, dünyasını dəyişəndə mənə zəng edib dəstəyini göstərdi. Bir kəlmə yığdı ki, “qızım, nə lazımdırsa yanındayam”. Mən ondan nə istəyə bilərdim ki? Təşəkkür etdim və ona olan sevgimi bildirdim. Atam dünyasını dəyişəndə bizi heç kim tək qoymadı. Nə dövlətimiz, nə də ki, atamın sənət yoldaşları. Onların hər birinə öz təşəkkürlərimi bildirirəm”, - deyə sənətkarın övladı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri