Sülh danışıqları BUNA GÖRƏ dayanıb ŞOK İDDİA | Icma.az
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq. Sülh danışıqları ilə bağlı proseslərdə taym-autun yaranması suallar doğurur.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sonuncu görüşdən 4 aydan çox vaxt keçir.Yada salaq ki, sonuncu belə təmas Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRİCS sammiti əsnasında oktyabrın 24-də olub.
Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirlərinə sülh saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Delimitasiya ilə bağlı komissiyanın bir-iki iclası olsa belə, xarici işlər nazirləri səviyyəsində də görüşlərə fasilə verilib.
Doğrudur, tərəflər sülh sazişi ilə bağlı yazışmaları-təklifləri qarşılıqlı olaraq müzakirə edirlər.
Amma birbaşa təmasların olmaması diqqət çəkir.“Əsas səbəb dünyadakı həddindən artıq geosiyasi qeyri-müəyyənlikdir.
Bakı beynəlxalq arenada hadisələrin inkişafını nəzərə alaraq fasilə verib”. Bu barədə “jam-news.net” saytı yazır.
Tam oxu
Xəbəri oxu