Icma.az
close
up
RU
Sülh danışıqları BUNA GÖRƏ dayanıb ŞOK İDDİA

Sülh danışıqları BUNA GÖRƏ dayanıb ŞOK İDDİA

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Sülh danışıqları ilə bağlı proseslərdə taym-autun yaranması suallar doğurur. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sonuncu görüşdən 4 aydan çox vaxt keçir.

Yada salaq ki, sonuncu belə təmas Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRİCS sammiti əsnasında oktyabrın 24-də olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə sülh saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Delimitasiya ilə bağlı komissiyanın bir-iki iclası olsa belə, xarici işlər nazirləri səviyyəsində də görüşlərə fasilə verilib. Doğrudur, tərəflər sülh sazişi ilə bağlı yazışmaları-təklifləri qarşılıqlı olaraq müzakirə edirlər. Amma birbaşa təmasların olmaması diqqət çəkir.

“Əsas səbəb dünyadakı həddindən artıq geosiyasi qeyri-müəyyənlikdir. Bakı beynəlxalq arenada hadisələrin inkişafını nəzərə alaraq fasilə verib”. Bu barədə “jam-news.net” saytı yazır. Bildirilir ki, Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışı, Ukraynada davam edən münaqişə və Rusiyanın regiona təsirində mümkün dəyişikliklər Azərbaycan üçün qeyri-müəyyənlik yaradır. “Bakı sazişdən maksimum qazanc əldə etməyə imkan verəcək şərtlər üçün münbit şəraitin yaranmasını istəyir. Geosiyasi qeyri-müəyyənlik Ermənistan-Azərbaycan danışıqlarına birbaşa təsir edir. Məsələn, Tramp və onun administrasiyası hələ Ermənistan-Azərbaycan danışıqları barədə ortaya konkret mövqe qoymayıb. Ukrayna probleminin hansı şəkildə həll olunması Ermənistan-Azərbaycan danışıqlarına da ciddi təsir edəcək. Azərbaycan tərəfi haqlı olaraq güman edir ki, Tramp bu məsələdə Azərbaycanın maraqlarının təmin olunmasına daha çox üstünlük verəcək. Ən azı ona görə ki, Amerikadakı prezident seçkisinin ən qızğın çağında İlham Əliyev Trampa açıq və birmənalı şəkildə dəstək verib. O da bəllidir ki, 44 günlük müharibə məhz Trampın birinci prezidentliyi dönəminin sonuna təsadüf etdi. Və Tramp II Qarabağ müharibəsinin gedişinə qətiyyən müdaxilə etmədi”.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara diqqət çəkdi: “Azərbaycan-Ermənistan danışıqlarına geosiyasi qeyri-müəyyənlik təbii ki, təsirsiz ötüşmür. Amma burada həlledici faktor  Ermənistanın diktəsi ilə hərəkət etdiyi böyük güc və dövlətlərdən demək olar ki, heç birinin bu regionda sülh istəməməsidir. Demək olar ki, ifadəsini də ona görə işlədirəm ki, Tramp administrasiyasının bu məsələdə mövqeyi hələ tam dəqiqləşməyib. Siz özünüz düşünün, əgər Avropa Birliyi, başda Fransa olmaqla, iki ölkə arasında qarşıdurmanın aradan qalxmasında maraqlıdırsa, bilə-bilə ki, sülh müqaviləsindəki maddələrdən biri də üçüncü qüvvələrin təmsilçilərinin sərhədboyu yerləşdirilməmələri haqdadır, onda "mülki missiyanın" Ermənistanda qalma müddətini niyə daha iki il uzatdılar? Həmin Fransa niyə durmadan Ermənistanı silahlandıraraq revanşizmə həvəsləndirir? Nədən Rusiyada ən yüksək səviyyədə Paşinyanın “Qarabağ Azərbaycandır” deməsindən təəssüfləndiklərini gizlətmirlər? Bu sualların hamısı ritorikadır, yəni cavabı özündədir. Adlarını çəkdiyimiz və çəkmədiyimiz bəzi böyük dövlətlər bu regionda sülhdə maraqlı deyillər. Ermənistan da əgər doğrudan da sülh istəyirsə belə, onların təsiri altında olduğundan sözdə bunu deməkdən o yana getmir. Azərbaycanın təzyiqi altında bəzən bu yöndə bir addım irəli atan kimi, dərhal iki addım geri çəkilir".

S.Alıyev digər məqamlardan da bəhs etdi: “Baxın, bu yaxınlarda  Paşinyan onun təbirincə desək, "Real Ermənistan" konsepsiyası çərçivəsində yeni konstitusiya və milli təhlükəsizlik strategiyalarının hazırlanacağını elan edər-etməz Azərbaycan onların sülh anlaşması ilə bağlı son təkliflərini cavablandırdı. Yəni qarşı tərəfin konstruktiv açıqlamasına adekvat reaksiya sərgiləndi. Bəs ondan sonra nə baş verdi? Ermənistan Xarici İşlər Nazirliyi Bakıda məhkəməsi keçirilən ermənilərin  guya işgəncəyə məruz qalmaları haqda bəyanat yaydı. Eyni zamanda bizə qarşı aqressiv informasiya və diplomatik savaş elementləri ilə zəngin digər addımlar atıldı. Onlarla nə danışıq aparasan?" Deputat vurğuladı ki, ona görə də hay qaynaqlarının Azərbaycanın guya daha əlverişli şəraitin yaranmasını gözləməsi səbəbindən sülh danışıqlarını ləngitdiyi haqda dedikləri cəfəngiyyatdır: “Bizim üçün indikindən əlverişli nə şərait ola bilər? Torpaqlarımızı işğaldan qurtarıb, üzərində də suverenliyimizi tam təmin etmişik. Qarşı tərəfdən də istəyimiz sadəcə əgər normal qonşuluq əlaqələri yaratmaq istəmirlərsə, düşmənçiliyə son qoymaları, revanşizm niyyətindən əl çəkmələridir. Təəssüf ki, biz bunun tam əksini görürük”.

Bu arada, Paşinyan rəsmi İrəvanın Bakı və Ankara ilə əlaqələrin bərpası üçün addım atmağa hazır olduğunu bəyan edib. “Yeni Müsavat” bu barədə erməni mediasına istinadən bildirir. “Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması (layihə 2022-ci ildən dövriyyədədir) Azərbaycanın yük və minik avtomobillərinin Ermənistan ərazisinə daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək”, - deyə o bildirib. Baş nazir iddia edib ki, bu qərarlar Ermənistan Nazirlər Kabineti tərəfindən təkcə Azərbaycanın mövqeyinə və imtinasına görə qəbul edilməyib və bir-iki həftə ərzində qəbul edilə bilər. “Naxçıvana daxil olmaq üçün infrastruktura gəlincə, bunu da kifayət qədər tez etmək olar. Yük maşınları Kornidzor keçid məntəqəsi vasitəsilə Laçın-Kornidzor hissəsi ilə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə qədər hərəkət edə və Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilər”, Paşinyan deyib. Onun fikrincə, eyni şey əks istiqamətdə də doğrudur. “Bu cür tranzit yüklərin daşınması üçün lazım olan fiziki infrastruktur hazırda hazırdır, yalnız Bakı və Ankara razılaşarsa, de-yure qərar qəbul etmək qalır”, o əlavə edib. İstisna deyil ki, Paşinyan bununla Zəngəzur dəhlizini arxa plana keçirməyə çalışır.

Deputat Sahib Alıyev İrəvandan gələn təkliflə bağlı bunları söylədi: “Paşinyanın bu təklifi Ermənistanın keçmiş dövlət başçısı Köçəryanın da etiraf etdiyi kimi, "işin içində olan adamlara təqdim edərkən, o bizi axmaq sayır nədir" düşüncəsi ilə qarşıladıqları “sülh qovşağı”nın bir parçasıdır, yəni 17 maddədən 15 üzərində razılığın əldə olunmasını kimi bu da öncədən bəlli olan “yenilik”dir. Mən bütün bunları sülhə doğru real addımlar deyil də, xaricdə konstruktiv görünmək, daxildə isə parlament seçkisinə hazırlıq məqsədilə hər şeyin yolunda getdiyi təsəvvürü yaratmağa yönəlmiş növbəti hoqqabazlıq kimi dəyərləndirirəm".

Belə görünür ki, Paşinyan hökumətinin bütün siyasəti status-kvonun saxlanmasına, Ermənistan üçün proseslərdən daha qazanclı çıxmaq üçün uyğun şəraitin yaranmasına yönəlib. Ancaq anlamırlar ki, dalan ölkənin “Sülh kəsişməsi” layihəsi, sadəcə, xülyadır və Bakının diktə etdiyi şərtlər icra olunmalıdır. Türkiyə və Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması vacib məsələdir. Bu, Ermənistan üçün də xilas yoludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri