“Sülh körpüsü” əməli əməkdaşlığa qapı açır

28.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu müxtəlif komissiyaların yaradılması ilə yeni məzmun qazandı 

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayən­dələrinin “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü dünən Ermənistanın Dilican şəhərində öz işini başa çatdı­rıb. Dəyirmi masa çərçivəsin­də komissiyalar formatında da iş aparılıb. İqtisadiyyat və infrastruktur, humanitar və ic­timai məsələlər, ekologiya, me­dia, təhsil, ictimai narrativlər və gənclərlə iş, eləcə də siyasi və geosiyasi məsələlər üzrə mü­zakirələr keçirilib. Beləliklə, təşəbbüs konkret sahələr üzrə əməli əməkdaşlıq mərhələsinə keçib.

Təşəbbüsün Azərbaycan tərəfdən əlaqələndiricisi, Beynəlxalq Münasibət­lərin Təhlili və Multikulturalizm Mərkə­zinin İdarə Heyəti sədrinin müavini Fər­had Məmmədov görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, budəfəki raundun əsas fərqi komis­siyaların başlamasıdır. Onun sözlərinə görə, komissiyalarda növbəti mərhələdə görüləcək işlər, 2 ölkənin dövlət qurum­larına təqdim edilə biləcək təkliflər, fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanla­rı müzakirə olunur. Deyib ki, təşəbbüsün mühüm cəhətlərindən birinin vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət rəs­miləri ilə birbaşa ünsiyyəti olduğunu vurğulayıb.

F.Məmmədov dialoqun davam et­məsini, fikir mübadiləsini və prosesə qo­şulanların sayının artmasını özlüyündə uğur adlandırıb. O, cəmiyyətlərin sülhlə bağlı gözləntilərinin fərqli olduğunu, na­rahatlıqların açıq və səmimi müzakirəsi­nin vacibliyini bildirib. Bütün məsələləri qısa müddətdə həll etmək mümkün ol­madıqda, konkret addım atıla biləcək sahələrə diqqət yetirildiyini qeyd edib.

“Sülh körpüsü”nün Ermənistan tərəfdən əlaqələndiricisi, “Erməni şura­sı”nın prezidenti Areq Koçinyanın söz­lərinə görə, məqsəd keçmişi unutmaq və ya tarixi dəyişmək deyil, münaqişə və düşmənçiliklə yanaşı, gələcəyə yönəl­miş yeni gündəlik formalaşdırmaqdır. Koçinyan əvvəlki dialoqdan, yəni bu ilin aprelindən sonra baş verən hadisələ­rin, hər 2 cəmiyyətdə narahatlıq doğuran mövzuların və normallaşmaya yaxın­laşdıran proseslərin müzakirə edildiyini deyib.

Qeyd edək ki, müzakirələrin ilk gü­nündə iştirakçılar Ermənistan Təhlükə­sizlik Şurasının katibi Alen Simonyanla görüşərək ona 2 saat ərzində suallar ün­vanlayıblar. Simonyan görüşdən sonra jurnalistlər üçün keçirdiyi brifinqdə belə müzakirələrin cəmiyyətlərdəki sual və təsəvvürlərin açıq dilə gətirilməsi, izah olunması baxımından əhəmiyyətini qeyd edib.

Dünən isə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan azərbaycanlı və erməni iştirakçılarla görüşüb. Tərəflər ona sual­lar ünvanlayıb, fikir və mülahizələrini bölüşüblər.

Dialoqdan əməkdaşlığa

Beşinci görüşün əsas yeniliyi komis­siyaların yaradılması və onların çərçivə­sində müzakirələrin başlanmasıdır. Bu, adi təşkilati dəyişiklik deyil. Dialoqun davamlı nəticə verməsi üçün ümumi bəyanatlardan əlavə, konkret məsələləri araşdıran, təkliflər hazırlayan və tərəflər arasında əlaqəni qoruyan iş mexanizm­ləri lazımdır. Tematik komissiyalar belə bir ehtiyaca cavab verə bilər. Ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media 2 qonşu ölkənin gündəlik həyatına və regional münasi­bətlərə birbaşa təsir edən sahələrdir. 

Dövlət nümayəndələri ilə birbaşa ünsiyyət də xüsusi əhəmiyyət daşıyır. A.Simonyanla 2 saatlıq sual-cavab bunun nümunəsidir. Həssas məsələlərin açıq qaldırılması və cavabların birbaşa mə­sul şəxsdən alınması yanlış təsəvvürlərin aradan qaldırılmasına imkan yaradır.

Əlbəttə, vətəndaş cəmiyyəti dia­loqundan qısa müddətdə bütün fikir ayrılıqlarını aradan qaldırmağı və ya dövlətlərarası razılaşmaları əvəz etməyi gözləmək düzgün deyil. Koçinyanın da vurğuladığı kimi, bu, danışıqlar prosesi deyil. Ancaq onun dəyəri qarşıdurma il­lərində formalaşmış münasibətlərdə ün­siyyət məkanı yaratmasındadır. 

Sülhə qənimlərin narahatlığı

Belə bir şəraitdə Ermənistanın “Hra­parak” qəzetinin beşinci görüşlə bağlı yazısı diqqət çəkir. Nəşr Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin səfərini və dialoqun məzmununu müza­kirə etmək əvəzinə, təşəbbüsün özünü şübhə altına almağa çalışır. Məqalədə iddia olunur ki, Azərbaycan vətəndaş cə­miyyəti siyasi məsələləri müzakirə edir və ölkənin siyasətini irəli aparır. Daha sonra səfər Ermənistanın yeni konsti­tusiya layihəsi və Müstəqillik Bəyan­naməsi ilə bağlı məsələlərlə əlaqələndi­rilir, guya, Bakı Paşinyan hakimiyyətini buna görə “mükafatlandırır”.

Bu yanaşma faktları təhlil etməkdən çox, oxucuda şübhə yaratmağa hesab­lanıb. Vətəndaş cəmiyyəti nümayən­dələrinin siyasi və ictimai əhəmiyyətli məsələləri müzakirə etməsi qeyri-adi de­yil. Sülh, təhlükəsizlik, nəqliyyat, iqtisa­diyyat və humanitar əlaqələr onsuz da siyasi proseslərdən ayrı mövzular deyil. Əsas məsələ bu mövzuların müzakirəsi yox, onların hansı məqsədlə aparılması­dır. Tərəflərin narahatlıqlarını açıq dilə gətirməsini və bir-birinə sual verməsini avtomatik şəkildə hansısa hakimiyyətin tapşırığı kimi təqdim etmək müstəqil fikir mübadiləsinin mahiyyətini inkar edir.

“Hraparak” əvvəlki görüşlərdən birində Azərbaycan nümayəndələrinin səfərdən imtinasını erməni tərəfinin bu ilin sentyabrında Bakıda akkreditə olun­muş xarici diplomatların Gəncəsər mo­nastrına aparılması ilə bağlı tənqidləri ilə əlaqələndirir. Lakin qəzet bu iddianı təsdiqləyən dolğun faktlar göstərmir, ha­disəni öz siyasi yozumu ilə təqdim edir. İndi isə növbəti görüşü Ermənistanın daxili konstitusiya müzakirələri ilə bağ­layır. Hansı hadisənin baş verməsindən asılı olmayaraq, nəşr onu dialoqun real məzmunu ilə deyil, əvvəlcədən müəy­yən etdiyi siyasi ittihamlarla izah et­məyə çalışır.

Ən diqqətçəkən məqam Ermə­nistanın daxili siyasi mübahisələrinin “Sülh körpüsü”nə, necə deyərlər, calaq edilməsidir. Konstitusiya layihəsi və Müstəqillik Bəyannaməsi ilə bağlı mü­zakirələr Ermənistanın öz daxili siyasi gündəliyinə aiddir. Bunları təşəbbüs iş­tirakçılarına qarşı ittihama çevirmək və səfəri Paşinyan hakimiyyətinə verilmiş hansısa “mükafat” kimi təqdim etmək üçün əsas göstərilmir. Bu cür yanaşma sülh təşəbbüsünün mahiyyətini kölgədə qoyur, cəmiyyətlərarası təmasları daxili siyasi qarşıdurmanın alətinə çevirməyə çalışır.

Beləliklə, “Hraparak”ın mövqeyi revanşist dairələrin maraqlarına xidmət edir: dialoqun mümkün faydasını müza­kirə etmək əvəzinə, onun iştirakçılarına şübhə ilə yanaşmağı təlqin edir. Halbuki keçmişin düşmənçilik mühitini qoru­maqla gələcək üçün sağlam münasibət­lər qurmaq mümkün deyil. Sülhə aparan yol sualları açıq müzakirə etməkdən və ortaq maraqlar üzrə əməli addımlar at­maqdan keçir.

Nəticə sözlə yox, işlə ölçülür

Bütövlükdə, “Sülh körpüsü” təşəb­büsünün beşinci raundunda komissiya­ların yaradılması və onların işə başla­ması dialoqun daha sistemli mərhələyə keçdiyini göstərir. Komissiyaların fəa­liyyəti həm də onu göstərir ki, Azərbay­can və Ermənistan arasında mümkün əməkdaşlıq yalnız siyasi münasibətlərin normallaşması ilə məhdudlaşmır. İqtisa­diyyat, nəqliyyat, ekologiya və humani­tar sahələrdə qarşılıqlı maraqların müəy­yənləşdirilməsi bütövlükdə, Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları aça bilər. Xüsusilə nəqliyyat yollarının inki­şafı, ticarət əlaqələrinin genişlənməsi və regional bağlantıların güclənməsi hər iki ölkənin maraqlarına uyğundur. 

Bu baxımdan komissiyaların işi ümumi sülh gündəliyini gündəlik həyat­la əlaqələndirən mühüm vasitəyə çevrilə bilər. Yaradılan mexanizmlərin səmərə­si müzakirələrin konkret təkliflərə və praktik nəticələrə çevrilməsindən asılı olacaq. İki cəmiyyət arasında etimad bir görüşlə yaranmır. Bunun üçün ar­dıcıl təmas, açıq söhbət və əldə olunan razılaşmaların davamı lazımdır. Bugün­kü mərhələnin əhəmiyyəti dialoqun söz səviyyəsindən çıxaraq konkret sahələr üzrə işə çevrilməsindədir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью