Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq. AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşri belə məlu
“Donald Trampın Rusiya prezidenti Vladimir Putini “Sülh Şurası”na dəvət etmək qərarı Amerika liderinin təşəbbüsü ilə bağlı mövcud narahatlığ
“FT” xatırladır ki, yeni şurada iştirakdan imtina edən Fransa prezidenti Emmanuel Makron bu qurumun səlahiyyətlərinə şübhə ilə yanaşıb.
Almaniya isə, ancaq onun işi beynəlxalq hüquq normalarına tam uyğun gələrsə, “Sülh Şurası”na üzv olacağını açıqlayıb.
- Rusiya və Belarusun “Sülh Şurası”nda Ukrayna ilə necə birgə işləyə biləcəyini təsəvvür etməkdə çətinlik çəkirəm”, - Ukrayna prezidenti Volodimir Zelenski, öz növbəsində, yanvarın 20-də deyib.
Lakin Zelenski Ukraynanın şuraya mümkün qəbulu ilə bağlı suala cavab verməyib.
Prezident: "Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq" Xatırladaq ki, Donald Tramp yanvarın 16-da Qəzza üzrə “Sülh Şurası” nın yaradıldığını açıqlamışdı.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın da təşkilata üzv olması barədə dəvət aldığını bildirərək, Moskvanın Vaşinqtonla bütün detalları aydınlaşdırmaq üçün işləməyi səbirsizliklə gözlədiyini vurğulamışdı.