Icma.az
close
up
RU
“Sülh Şurası” Putinə görə iflasa uğraya bilər

“Sülh Şurası” Putinə görə iflasa uğraya bilər

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşri belə məlumat yayıb.
“Donald Trampın Rusiya prezidenti Vladimir Putini “Sülh Şurası”na dəvət etmək qərarı Amerika liderinin təşəbbüsü ilə bağlı mövcud narahatlığı artırıb”, - qəzet yazır.
“FT” xatırladır ki, yeni şurada iştirakdan imtina edən Fransa prezidenti Emmanuel Makron bu qurumun səlahiyyətlərinə şübhə ilə yanaşıb. Almaniya isə, ancaq onun işi beynəlxalq hüquq normalarına tam uyğun gələrsə, “Sülh Şurası”na üzv olacağını açıqlayıb.
- Rusiya və Belarusun “Sülh Şurası”nda Ukrayna ilə necə birgə işləyə biləcəyini təsəvvür etməkdə çətinlik çəkirəm”, - Ukrayna prezidenti Volodimir Zelenski, öz növbəsində, yanvarın 20-də deyib.
Lakin Zelenski Ukraynanın şuraya mümkün qəbulu ilə bağlı suala cavab verməyib.
Prezident: "Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq" Xatırladaq ki, Donald Tramp yanvarın 16-da Qəzza üzrə “Sülh Şurası” nın yaradıldığını açıqlamışdı. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın da təşkilata üzv olması barədə dəvət aldığını bildirərək, Moskvanın Vaşinqtonla bütün detalları aydınlaşdırmaq üçün işləməyi səbirsizliklə gözlədiyini vurğulamışdı.
Peskov həmçinin diqqətə çatdırıb ki, Rusiya tərəfinin “Sülh Şura”sı ilə bağlı hələ də çoxsaylı sualları var və Kreml ABŞ ilə danışıqlar zamanı onlara cavab alacağına ümid edir.
“FT” nəşrinin iddiasına görə, Putini dəvət göndərməkdə Trampın məqsədi Rusiya lideri ilə dialoqu davam etdirmək olub.
Daha əvvəl “Bloomberg” agentliyin Tramp administrasiyasının “Sülh Şurası”nda daimi yer almaq istəyən ölkələrdən ən azı 1 milyard dollar yardım tələb etdiyini yazmışdı.
Lakin sözügedən quruma üzv olmaq üçün dəvət alan Belarusun prezidenti Aleksandr Lukaşenko maliyyə məsələsinə aydınlıq gətirib.
“Heç bir pul lazım deyil, bu məlumatı yayan şəxslər isə yenə özlərini axmaq vəziyyətə saldılar. “Sülh Şurası”nda təsisçi kimi iştirak ilk üç il ərzində pulsuzdur. Bir milyard dolları üç ildən sonra şurada işinizi davam etdirməyi istəycəyiniz halda ödəmək lazım gələcək”, - Belarus lideri vurğulayıb.
Yeri gəlmişkən, dövlətimizin “Sülh Şurası”na təsisçi üzv qismində daxil olması üçün Amerika liderinin göndərdiyi məktuba müsbət cavab verən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu qurumun nəcib missiyasını paylaşacağını vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri