Sülh Şurasında Azərbaycan təcrübəsi | Icma.az
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. Azərbaycanın beynəlxalq səviyyədə siyasi imici və nüfuzu daha da artmaqdadır.
Ölkəmizin regional təhlükəsizlik mexanizmləri, daha doğrusu, Cənubi Qafqaz regionunda sülh, sabitlik və əmin-amanlığın bərqərar olunması istiqamətində bu günə qədər atdığı addımlar beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən yüksək qiymətləndirilir və təqdirəlayiq hesab edilir.
Xüsusilə də Azərbaycanın sülh təşəbbüsləri Ağ Evdə mühüm hərbi-siyasi dairələrdə çox ciddi maraq doğurub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycanı Beynəlxalq Sülh Şurasına təsisçi üzv olmağa dəvət edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkəmiz bu dəvəti qəbul edib.
Qeyd olunur ki, Azərbaycan həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb: “Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək.
Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır".
Bu baxımdan Azərbaycan yaxın gələcəkdə beynəlxalq sülhə də mühüm töfhələrini verəcək.
Tam oxu
Xəbəri oxu