Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Sülh Şurasında Azərbaycan təcrübəsi

Sülh Şurasında Azərbaycan təcrübəsi

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanın beynəlxalq səviyyədə siyasi imici və nüfuzu daha da artmaqdadır.

Ölkəmizin regional təhlükəsizlik mexanizmləri, daha doğrusu, Cənubi Qafqaz regionunda sülh, sabitlik və əmin-amanlığın bərqərar olunması istiqamətində bu günə qədər atdığı addımlar beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən yüksək qiymətləndirilir və təqdirəlayiq hesab edilir.

Xüsusilə də Azərbaycanın sülh təşəbbüsləri Ağ Evdə mühüm hərbi-siyasi dairələrdə çox ciddi maraq doğurub. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycanı Beynəlxalq Sülh Şurasına təsisçi üzv olmağa dəvət edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkəmiz bu dəvəti qəbul edib. Qeyd olunur ki, Azərbaycan həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb:

“Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır".

Bu baxımdan Azərbaycan yaxın gələcəkdə beynəlxalq sülhə də mühüm töfhələrini verəcək. Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycanın Prezident Donald Tramp tərəfindən yaradılan Beynəlxalq Sülh Şurasına təsisçi üzv kimi dəvətini qəbul etməsi həm simvolik, həm də praktik əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu addım Azərbaycanın regional və qlobal səviyyədə sülh təşəbbüslərində daha aktiv rol oynamaq niyyətini ortaya qoyur:

“Azərbaycanın bu platformadakı rolu ilk növbədə diplomatik vasitəçilik və dialoq təşviqi ilə bağlıdır. Ölkəmiz uzun illər regional münaqişələrin həllində təcrübə toplayıb və beynəlxalq arenada vasitəçi rolunu uğurla həyata keçirib.

Qəzza məsələsində də Azərbaycan, Fələstin və İsrail tərəfləri arasında dialoq kanallarını açıq saxlaya, tərəflər arasında etimad və anlaşmanı gücləndirə bilər. Platforma çərçivəsində digər üzv dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın təşəbbüslərini daha effektiv və konstruktiv şəkildə həyata keçirməsinə imkan yaradacaq”.

R. Bayramov vurğulayıb ki, Azərbaycanın töhfəsi humanitar sahədə konkret addımlarla da görünə bilər: 

“Qəzza zolağı uzun müddətdir ki, humanitar böhran və məhdud resurslarla üzləşir. Azərbaycan isə çətin vəziyyətdə yaşayan əhaliyə qida, tibbi yardım və infrastruktur dəstəyi təmin edə bilər. Eyni zamanda münaqişədən sonrakı bərpa və inkişaf layihələrində iştirak etməklə sülhə töhfə verə bilərik, çünki bu sahədə də ölkəmiz kifayət qədər təcrübəyə malikdir.

Ən nəhayət qlobal aktorlarla koordinasiyada iştirak edərək regional stabillik və təhlükəsizlik üçün əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə də dəstək göstərməyimiz mümkündür”. 

Politoloq, həmçinin hesab edir ki, bu addım beynəlxalq ictimaiyyətə Azərbaycanın sülh təşəbbüslərində konstruktiv və məsuliyyətli tərəf olması mesajını verir.

“Platformaya üzvlük ölkənin çoxvektorlu xarici siyasətini gücləndirmək və beynəlxalq nüfuzunu artırmaq baxımdan da önəmlidir. Ümumiləşdirərək deyə bilərik ki, ölkəmiz Beynəlxalq Sülh Şurasında Qəzza zolağında sülhün təmin olunmasına töhfələrini üç əsas istiqamətdə verə bilər.

Diplomatik vasitəçilik və dialoq təşviqi, humanitar yardım və bərpa dəstəyi, regional və qlobal sülh təşəbbüslərinə aktiv dəstək”.

Yunis Abdullayev
“Cebheinfo.az”

Açar sözlər: Sülh Şurası Rəşad Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri