Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press"(AP) agentliyi mənbələrinə istinadən məlumat verib.
Bundan əvvəl İsrailin "Ynet" portalı Kuşnerin ABŞ liderinin qeyri-rəsmi nümayəndəsi kimi Netanyahu ilə görüşmək üçün İsrailə gəldiyini bildirmişdi. Daha əvvəl "Axios" portalı da Kuşnerin İsrailin Baş naziri ilə Qəzza zolağında vəziyyətin nizamlanmasının növbəti mərhələsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını yazmışdı.
Avqustun 16-da Al Hadath telekanalı Kuşnerin Misirdə radikal Fələstin hərəkatı HƏMAS-ın rəhbərliyi və Sülh Şurasının nümayəndələri ilə bir sıra görüşlər keçirdiyini xəbər verib. Kuşner səfəri çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşüb. Bu görüşlərdə də Qəzzada nizamlanmanın növbəti mərhələsi müzakirə olunub.
2025-ci ilin oktyabrında İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs barədə razılığa gəliblər. Təşəbbüs üç mərhələdən ibarət olub. Birinci mərhələ hərbi əməliyyatların dayandırılmasını, saxlanılan şəxslərin azad edilməsini və İsrail qoşunlarının qismən geri çəkilməsini nəzərdə tuturdu. Sonrakı mərhələlər isə münaqişənin tamamilə başa çatdırılmasını və anklavın bərpasını əhatə edirdi. Lakin tərəflər hələlik ikinci mərhələyə keçə bilməyiblər.
Bizimyol.info