Icma.az
close
up
RU
Sülh Şurasının rəhbərliyi Netanyahu ilə Kuşnerin görüşündə iştirak edəcək

Sülh Şurasının rəhbərliyi Netanyahu ilə Kuşnerin görüşündə iştirak edəcək

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın keçmiş baş naziri, Sülh Şurasının nümayəndəsi Toni Bler və Şuranın Qəzza üzrə yüksək səviyyəli nümayəndəsi Nikolay Mladenov İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner arasında keçiriləcək görüşdə iştirak edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press"(AP) agentliyi mənbələrinə istinadən məlumat verib.

Bundan əvvəl İsrailin "Ynet" portalı Kuşnerin ABŞ liderinin qeyri-rəsmi nümayəndəsi kimi Netanyahu ilə görüşmək üçün İsrailə gəldiyini bildirmişdi. Daha əvvəl "Axios" portalı da Kuşnerin İsrailin Baş naziri ilə Qəzza zolağında vəziyyətin nizamlanmasının növbəti mərhələsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını yazmışdı.

Avqustun 16-da Al Hadath telekanalı Kuşnerin Misirdə radikal Fələstin hərəkatı HƏMAS-ın rəhbərliyi və Sülh Şurasının nümayəndələri ilə bir sıra görüşlər keçirdiyini xəbər verib. Kuşner səfəri çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşüb. Bu görüşlərdə də Qəzzada nizamlanmanın növbəti mərhələsi müzakirə olunub.

2025-ci ilin oktyabrında İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs barədə razılığa gəliblər. Təşəbbüs üç mərhələdən ibarət olub. Birinci mərhələ hərbi əməliyyatların dayandırılmasını, saxlanılan şəxslərin azad edilməsini və İsrail qoşunlarının qismən geri çəkilməsini nəzərdə tuturdu. Sonrakı mərhələlər isə münaqişənin tamamilə başa çatdırılmasını və anklavın bərpasını əhatə edirdi. Lakin tərəflər hələlik ikinci mərhələyə keçə bilməyiblər.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Avqust 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri