Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir. Müharibə, bəşəriyyət yaranandan bəri var olan bir cəmiyyət hadisəsidir.
Tarixçilər deyir ki, təxminən 6000 ildir insanlar bir-biri ilə mütəşəkkil şəkildə döyüşürlər, yəni müharibə edirlər.
Əvvəlcə qəbilələr, sonra tayfalar, padşahlar, sülalələr, indi də millətlər, dövlətlər bir-biri ilə amansız mübarizə aparırlar.
Tədqiqatlar göstərir ki, dünyada indiyədək aparılan real müharibələrin sayı təxminən 14 mindən çoxdur.
Bu da o deməkdir ki, bəşəriyyətin demək olar ki, müharibəsiz bir günü olmayıb.
Maraqlıdır, insanlar niyə dinc, əmin-aman şəraitdə yaşamaq yerinə müharibə etməyi seçir?
Sülh içində yaşamağı təmin etmək üçün müharibə şərtdirmi? Siyasətin aciz qaldığı anlarda müharibə çıxış yoludur?
Dövlətlərin siyasətdə hər addımını “kəsib-biçən”, bir qəlibə sığışdıran hüquq elmi deyir ki, mübahisələr, döyüşə əl atılmadan həll edilməlidir.