Icma.az
close
up
RU
Sülhdə uşaqlar atalarını, müharibədə atalar oğullarını dəfn edirlər...

Sülhdə uşaqlar atalarını, müharibədə atalar oğullarını dəfn edirlər...

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Müharibə, bəşəriyyət yaranandan bəri var olan bir cəmiyyət hadisəsidir. Tarixçilər deyir ki, təxminən 6000 ildir insanlar bir-biri ilə mütəşəkkil şəkildə döyüşürlər, yəni müharibə edirlər. Əvvəlcə qəbilələr, sonra tayfalar, padşahlar, sülalələr, indi də millətlər, dövlətlər bir-biri ilə amansız mübarizə aparırlar. Tədqiqatlar göstərir ki, dünyada indiyədək aparılan real müharibələrin sayı təxminən 14 mindən çoxdur. Bu da o deməkdir ki, bəşəriyyətin demək olar ki, müharibəsiz bir günü olmayıb. Maraqlıdır, insanlar niyə dinc, əmin-aman şəraitdə yaşamaq yerinə müharibə etməyi seçir? Sülh içində yaşamağı təmin etmək üçün müharibə şərtdirmi? Siyasətin aciz qaldığı anlarda müharibə çıxış yoludur?

Dövlətlərin siyasətdə hər addımını “kəsib-biçən”, bir qəlibə sığışdıran hüquq elmi deyir ki, mübahisələr, döyüşə əl atılmadan həll edilməlidir. Mahiyyət etibarı ilə, qanun, bütün münaqişələrin sülh yolu ilə, ədalət çərçivəsində həllini doğru hesab edir. Amma insanlar və dövlətlər anlaşa bilməyəndə, mübahisələr böyüyüb münaqişə olanda, millətlər və liderlərin fikri bir-biri ilə ziddiyyət təşkil edəndə qanun kölgədə qalır və müharibə fenomeni ortaya çıxır.

Bütün hallarda, bütün millətlər mübahisələrin həllinin müharibə ilə nəticələnməsindən qorxur, siyasi danışıqların effektiv olmasını arzulayır. Amma bir fakt da var ki, müharibə ilə siyasət arasında sıx əlaqə var. Müharibə də siyasət kimi cilddən cildə girə bilir, istiqamət dəyişdirə bilir. Həm siyasətdə, həm də müharibədə uzaqgörən və məntiqli olmaq bir addım öndə olmaq deməkdir. Siyasət ona görə var ki, müharibəyə ehtiyac qalmadan danışıqlarla mübahisələr həll edilsin. Siyasət söz davasıdır, ilk baxışda zərərsizdir. Lakin müharibə silahların davasıdır, yüksək texnologiya, güc kimdədirsə qalib odur. Qorxunc silahlarla silahlanan tərəflər nüvə, kimyəvi, bioloji silahlar və minlərlə kilometr məsafə qət edə bilən ballistik raketlərlə həm dünyaya, həm də insanlara zərər verərək istədiyini əldə edə bilir.

Bütün müharibələr göz yaşıdır

Müharibə barədə çox əsərlər yaradılıb - tarixi romanlar, tablolar, bəstələr, filmlər… Bütün əsərlərin bir ana mövzusu var – müharibə heç bir halda xoşbəxtlik gətirmir. Müharibədə qalib tərəf olmur, çünki hər iki tərəfdən ölülər olur. Real qalib olan da itirdiyi canlara görə özünü tam qalib hiss edə bilmir. Xatırlayın, II Qarabağ Müharibəsində əldə etdiyimiz haqlı zəfər zamanı içimiz yana-yana, şəhidlərimizi xatırlayaraq necə yarımçıq sevinirdik. Müharibə, hansı səbəbdən olursa olsun, hər kəs üçün qan və göz yaşıdır, insan faciəsidir. O canlar ölməsin, oğullar şəhid olmasın deyə 30 il təxirə salınan münaqişə bir gün müharibə ilə nəticələnəcəkdi, bu, qaçılmaz idi.

Müharibə heç bir halda dünya üçün faydalı deyil. Doğrudur, bəzən ədaləti bərqərar etmək üçün qaçınılmaz olan müaharibələr var – eynilə Vətən Müharibəsi kimi. 30 il sülh yolu ilə, danışıqlar və diyasət ilə bu böyük yaranın sağalmasına çalışan Azərbaycan dövləti müharibə etmək istəmirdi, çünki yuxarıda da qeyd etdiyim kimi, əgər sülh şəraitində ölüm sıralıdırsa, oğullar təbii olaraq atalarını dəfn edirsə, müharibə şəraitində bu nizam pozulur, atalar şəhid oğullarını dəfn etməli olur. Bizim dövlətimiz 30 il bu mənzərə olmasın deyə silahlarını susdurdu, siyasət ilə danışdı. Lakin sülh dövründə də susmayan düşmən silahı bizdən çox günahsız canı aldı. Düşmən dayanmadı, durmadı, silahını yerə qoymadı. Hadisələrin inkişafı II Qarabağ Müharibəsi ilə nəticələndi.

İşıq qaranlığa qalib gələnə qədər...

Azərbaycan öz müstəqillik tarixinə 2 ağır müharibə sığışdırdı. Zorakı, məcbur qalaraq. Müharibə bizim dövlətimiz üçün ən sonuncu yol idi, 30 illik səbr kasası dolanda isə müharibə qaçılmaz oldu. I Qarabağ Müharibəsində ölkəmizə təcavüz edildikdən 30 il sonra II Qarabağ Müharibəsi ilə ədaləti bərqərar etdi Azərbaycan. Yüz illər boyu Azərbaycan torpağı olan Qarabağ, Birinci Dünya Müharibəsindən sonra imperialist Qərb dövlətlərinin ortaq siyasətləri ilə etnik dəyişikliyə məruz qalanda, erməni himayədarı dövlətlərin siyasi təzyiqlərinə məruz qalanda dünyanın ədaləti qeybə çəkildi. Qarabağda, Xocalıda insanlar dəhşətli işgəncələrlə öldürüləndə o ədalət harada idi? Müharibə istəməyən dünya müharibəyə niyə rəvac verdi?

Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada vətəndaşların hüquqlarından, qanunun aliliyindən asılıdır. Demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizmlə bərabər, insan azadlığı şəraitində hər bir vətəndaşın söz, vicdan, din, sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək kimi hüququnu təminetmə fonunda baş verir.

İnsan hüquqları bir dövlətin əsasını təşkil edən, o dövləti daim güclü edən demokratik proseslərin təməl daşıdır. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik-hüquqi dövlət quruculuğu, bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatının bünövrəsi üstündə mümkündür. Bir ölkədə vətəndaşın hüquqi azadlığı yoxdursa, o ölkənin idarəetməsində, siyasətində çatlar yaranacağı mütləqdir.

Qarabağ problemindən qidalanan böyük dövlətlərlə yanaşı, Ermənistan da Qarabağ yaramızı daim qaşımaqla problemi şaxələndirməyə çalışırdı, dünyanın diqqətini yalançı, qondarma soyqırıma cəlb etməyə çalışırdı. Qərb dövlətləri, xüsusən də Fransanın gizli və açıq himayədarlığı ilə başından böyük işlərə can atan Ermənistana “dayan!” deyən olacaqdı əlbət. 30 ildir öz tarixi torpağına həsrət qalan dövlətin səbrinin bir sonu olacaqdı, o dəmir yumruq bir gün mütləq günahkarları əzəcəkdi. Bir gün işıq qaranlığa qalib gələcəkdi...

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri