Sülhə doğru daha bir addım: “Top” İrəvandadır | Icma.az
Icma.az, Ayna portalına istinadən məlumat verir. Mərkəz rəhbəri: “Sülh istiqamətində atılan addımlarla Bakı əslində şərti qəbul olunandan də
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında deyib.
Dövlət başçısının sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
Bu addıma görə, Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevə təşəkkür edib.
Paşinyan V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, İrəvan Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazırdır: "Biz bu gündən etibarən Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təkcə siyasi cəhətdən yox, həm də texniki cəhətdən təmin etməyə hazırıq".
Avropa İttifaqı (Aİ) da Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb.
Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib ki, “Aİ Azərbaycan-Ermənistan sülh prosesində atılan son müsbət addımları, o cümlədən Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır”.
Onun sözlərinə görə, Aİ bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bütün bu cür təşəbbüsləri və əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır.
Tam oxu
Xəbəri oxu