Icma.az
close
up
RU
Sülhə doğru daha bir addım: “Top” İrəvandadır

Sülhə doğru daha bir addım: “Top” İrəvandadır

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Mərkəz rəhbəri: “Sülh istiqamətində atılan addımlarla Bakı əslində şərti qəbul olunandan dərhal sonra sülh sazişini imzalayacağı mesajını verir”

Azərbaycan mövcud yüklərin Ermənistana tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında deyib.

Dövlət başçısının sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Bu addıma görə, Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevə təşəkkür edib. Paşinyan V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, İrəvan Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazırdır: "Biz bu gündən etibarən Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təkcə siyasi cəhətdən yox, həm də texniki cəhətdən təmin etməyə hazırıq".

Avropa İttifaqı (Aİ) da Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib ki, “Aİ Azərbaycan-Ermənistan sülh prosesində atılan son müsbət addımları, o cümlədən Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır”.

Onun sözlərinə görə, Aİ bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bütün bu cür təşəbbüsləri və əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır. Xüsusi nümayəndə Cenevrədə Azərbaycan və Ermənistan spikerləri arasında dünənki görüşü, eyni zamanda, İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti ekspertlərinin planlaşdırılan dəyirmi masa müzakirələri ruhlandırıcı hesab edir.

“Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması ilə bağlı növbəti Ermənistan- Türkiyə görüşünə elan edilmiş hazırlığı da eyni dərəcədə alqışlayırıq”, - Aİ rəsmisi qeyd edib.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, sülh prosesinin sürətlənməsi təqdir edilməlidir:

- Məlumdur ki, Ermənistandakı revanşist qüvvələr, müxaliflər aktivləşiblər. Orada daxili siyasi mübarizə getdikcə daha da kəskinləşməkdədir. Paşinyanı devirməyə çalışan revanşistlərin arqumentlərindən biri də odur ki, Azərbaycan yekun sülh sazişini imzalamayacaq. Belə əsaslandırırlar ki, hələ də Azərbaycanın Ermənistandan almaq istədikləri var və Bakının ağır şərtləri davam edəcək. Amma Azərbaycan Prezidentinin Qazaxıstanda verdiyi bəyanat, həqiqətən də yüklərin daşınmasına qoyulan məhdudiyyətin aradan qaldırılması erməni müxalifətinin ittihamının əsassız olduğunu göstərdi. Azərbaycan tərəfi avqustun 8-də Vaşinqtonda imzalanan sənəddən, sazişin paraflanmasından sonra dəfələrlə bəyan edib ki, artıq iki ölkə arasında sülh mühiti mövcuddur. Rəsmi Bakı atdığı addımlarla sübut edir ki, bu sadəcə bəyanatlar deyil, real nəticələr var. Ermənistanın bu gün ehtiyacı olan buğdanı Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana daşınmasına şəraitin yaradılması həm də siyasi anlamda kommunikasiyanın açılması, blokadanın aradan qaldırılması deməkdir. Bu, praktiki nəticədir. Belə bir addımın atılması təkcə Ermənistan cəmiyyətində deyil, beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qəbul olunur. Paşinyan da bu faktı gözardı edə bilməzdi. Bu baxımdan, Paşinyanın təşəkküründə qeyri-adi nəsə yoxdur.

- Sizə elə gəlmirmi ki, bu addımlarla Azərbaycan həm də Paşinyanın hakimiyyətdə qalmasına yardımçı olur?

- Dediyim kimi, erməni müxalifətinin, revanşistlərin Paşinyan hakimiyyətinə qarşı arqumentlərini rəsmi Bakı addımları ilə mənasızlaşdırır. Erməni cəmiyyəti də görür ki,  müxalifətin, revanşistlərin dedikləri həqiqət deyil. Yəni Azərbaycanın niyyəti Ermənistanı işğal etmək yox, ədalətli sülhə nail olmaq, bölgənin inkişafına töhfə verməkdir. Bu, həqiqətən də belədir. Çünki Azərbaycan sülh səylərində və istəklərində səmimidir. Zahirən görünə bilər ki, Bakının atdığı addımlar Paşinyan hökumətinə köməkdir. Burada müəyyən qədər həqiqət payı da var. Amma əsas məsələ Azərbaycanın sülhü imitasiya etməməsidir ki, atılan addımlar da buna hesablanıb. Təbii ki, Azərbaycan istəyir Ermənistanda sülhü istəyən qüvvələr hakimiyyətdə olsun.    

- Paşinyan Tiflisdəki çıxışında artıq sülh sazişinin imzalanmasının da vacibliyini  qeyd edib. Məlumdur ki, rəsmi Bakının İrəvan qarşısında şərti var – Ermənistan Konstitusiyasında dəyişiklik, hansı ki, şərt hələlik yerinə yetirilməyib. Belə olan halda, sülh sazişinin imzalanması mümkündürmü?

- Şərtlərdən biri ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə müraciət idi ki, bu şərt yerinə yetirildi. Artıq Minsk Qrupu tarixin arxivinə göndərildi. Ermənistan Konstitusiyasının dəyişdirilməsinə gəlincə, bunun üçün İrəvan referendumun keçiriləcəyini bildirir. Bunun üçün Ermənistanda islahatlar komissiyası da yaradılıb. Amma referendumun 2027-ci ildə keçiriləcəyi söyləntiləri var ki, İrəvan tezliklə sülh istəyirsə, bu, uzun müddətdir. İnanmıram ki, şərti yerinə yetirilmədən Bakı yekun sazişə imza atsın. Sülh istiqamətində atılan addımlarla Bakı əslində şərti qəbul olunandan dərhal sonra sülh sazişini imzalayacağı mesajını verir. Başqa bir sadə yolu da var – Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsini Ermənistan Parlamenti həyata keçirə bilər. Parlamentdə səs çoxluğuna malik olan Paşinyanın rəhbəri olduğu “Mülki Müqavilə” Partiyasının fraksiyası bu dəyişikliyi qəbul edə bilər. Hər halda, Paşinyan bunu bilməmiş deyil. Ola bilsin ki, Paşinyan bu addımı atsın. Bütün hallarda, “top” İrəvandadır. Gələn ilin iyununda keçiriləcək parlament seçkilərini və ondan sonra keçiriləcək referendumu İrəvan gözləmək istəmirsə, yekun sülh sazişini tezliklə istəyirsə, o zaman parlament tərəfindən addım atıla bilər. Rəsmi Bakı şərtlərinin yerinə yetirildiyi təqdirdə yekun sülh sazişinin imzalanmasında problem görmür və bunu açıq şəkildə bildirib. Paşinyan anlamalıdır ki, sülh sazişinin imzalanması, kommunikasiyaların tamamilə açılması onun gələn ilin yayında keçiriləcək seçkilərdə qələbəsini də təmin edə bilər. Çünki 44 günlük müharibədən sonra erməni xalqı Paşinyana ona görə səs verdi, hakimiyyətdə saxladı ki, məğlub Baş nazir sülh vəd etdi. Ona görə də, sülh sazişi Paşinyana daha çox lazımdır. Yenə də deyirəm, “top” İrəvandadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://ayna.az
archiveBu xəbər 22 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri