Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq. "Avropadan göndərilmiş vizual kəşfiyyatçıların orada olma səbəbləri birmənalı şəkildə
Onların Azərbaycanla sərhəddə gəlməsi sülhün bərqərar olmasına zərbə vuran vacib məsələlərdən biridir.
Beynəlxalq səviyyədə bizim tələbimiz ondan ibarətdir ki, bu qüvvələr mütləq şəkildə sərhədboyu əraziləri tərk etməlidirlər".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Avropa İttifaqının (Aİ) dırnaqarası missiyasının Azərbaycanın Ermənistanla sərhəddində yerləşən Gorus şəhərində Azərbaycanla sərhəddə baxış keçirməsinə münasibət bildirərkən deyib.
Deputatın fikirlərinə əsasən, Ermənistanın bu cür təxribata hesablanmış çirkin addımlarına İran reaksiya verməlidir: "Əsas məqam da odur ki, fevralın 20-də bunların vaxtının bitməsinə baxmayaraq ciddi cəhdlə Avropanın orada qalmasını, qeyri-qanuni mandatını uzatmağa səs veriblər.
Bu, ilk növbədə Rusiyanın əleyhinə olan məsələdir. Digər bir tərəfdən, İran buna reaksiya verməlidir ki, NATO qoşunları ordulardan formalaşm
Başqa mühüm məqamlardan biri də budur ki, məhz İran rəsmi cavab vermirsə, deməli burada hansısa separatçı danışıqlardan söhbət gedə bilər".
Parlamentari hesab edir ki, bu məsələ tamamilə Rusiyanın diqqətində olmalıdır və belə təşəbbüslər sülh müqaviləsinin imzalanmasına ciddi zərbə vura bilər: "Rusiya istər Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə edə bilməməkdən sonra, istərsə də öz siyasəti fiaskoya uğrayandan, Ukraynada qarşıya qoyulan məqsədlər yerinə yetirilə bilmədikdən sonra Ermənistandan istifadə edərək Cənubi Qafqazda məkrli siyasətini həyata keçirirlər.