Icma.az
close
up
RU
Sülhün imzalanmasına zərbə vuracaq ən ciddi amil Aİ nin müşahidə missiyasıdır Deputat

Sülhün imzalanmasına zərbə vuracaq ən ciddi amil Aİ nin müşahidə missiyasıdır Deputat

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Avropadan göndərilmiş vizual kəşfiyyatçıların orada olma səbəbləri birmənalı şəkildə Azərbaycan və sərhədyanı kəndlərdəki kəşfiyyat xarakterli bütün məlumatları toplayaraq Avropaya və Ermənistana ötürməkdən ibarətdir. Onların Azərbaycanla sərhəddə gəlməsi sülhün bərqərar olmasına zərbə vuran vacib məsələlərdən biridir. Beynəlxalq səviyyədə bizim tələbimiz ondan ibarətdir ki, bu qüvvələr mütləq şəkildə sərhədboyu əraziləri tərk etməlidirlər".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Avropa İttifaqının (Aİ) dırnaqarası missiyasının Azərbaycanın Ermənistanla sərhəddində yerləşən Gorus şəhərində Azərbaycanla sərhəddə baxış keçirməsinə münasibət bildirərkən deyib.

Deputatın fikirlərinə əsasən, Ermənistanın bu cür təxribata hesablanmış çirkin addımlarına İran reaksiya verməlidir:

"Əsas məqam da odur ki, fevralın 20-də bunların vaxtının bitməsinə baxmayaraq ciddi cəhdlə Avropanın orada qalmasını, qeyri-qanuni mandatını uzatmağa səs veriblər. Bu, ilk növbədə Rusiyanın əleyhinə olan məsələdir. Digər bir tərəfdən, İran buna reaksiya verməlidir ki, NATO qoşunları ordulardan formalaşmış vizual kəşfiyyatçılar həmin ərazidə toplanıb. Başqa mühüm məqamlardan biri də budur ki, məhz İran rəsmi cavab vermirsə, deməli burada hansısa separatçı danışıqlardan söhbət gedə bilər".

Parlamentari hesab edir ki, bu məsələ tamamilə Rusiyanın diqqətində olmalıdır və belə təşəbbüslər sülh müqaviləsinin imzalanmasına ciddi zərbə vura bilər:

"Rusiya istər Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə edə bilməməkdən sonra, istərsə də öz siyasəti fiaskoya uğrayandan, Ukraynada qarşıya qoyulan məqsədlər yerinə yetirilə bilmədikdən sonra Ermənistandan istifadə edərək Cənubi Qafqazda məkrli siyasətini həyata keçirirlər. Buna nə ehtiyac var? Ermənistan Azərbaycan sərhəddində niyə hansısa Avropa Birliyinə (AB) daxil olan ölkələrdən gətirilmiş kəşfiyyatçılar dayanmalıdır? Bu, tamamilə absurd bir məsələdir. Sülh razılaşmasının imzalanmasına zərbə vuracaq ən ciddi amil kimi qiymətləndirilməlidir. Düşünürəm ki, bu çirkin məsələyə Fransa rəhbərlik edir. Hazırda 200 nəfərdən ibarət hərbi nümayəndəliyin açılmasının söhbəti gedir. Bütün proseslər sonda Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 30 Yanvar 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri