Sulşer ilə Okan Burukun yolu daha öncə kəsişibmi? | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. Bu həftə Türkiyə çempionatında derbi həftəsidi.
''Football-plus.az'' xəbər verir ki, 29-cu turda ''Beşiktaş'' ''Qalatasaray''ı qəbul edəcək.
Bu mövsüm artıq fanatları önündə ''Fənərbaxça''nı məğlub edən (1:0) ''Qartal'' çempionluğa digər namizədi də evə əliboş yola salmaq arzusundadı.
İlk baxışdan düşünmək olar ki, bu, Okan Buruk ile Ole Qunnar Sulşerin məşqçi kimi yolları ilk dəfə kəsişəcək.
Çünki norveçli mütəxəssis cəmi 2 ay öncə Türkiyəyə gəlib və bu, onun ilk İstanbul derbisi olacaq. Amma heç də belə deyil.
Bu məşqçilərin yolu daha öncə kəsişib. Özü də tamam başqa klubların başında.
Məlum olduğu kimi Okan Buruk 2019/20-da ''İstanbul BŞ'' ilə çempionluq yaşayaraq tarixi bir uğura imza atmışdı.
Növbəti mövsüm başakşəhərlilər məhz bu uğur sayəsində Türkiyəni Çempionlar Liqasının qrup mərhələsində təmsil etmək hüququ qazanmışdılar.
Tam oxu
Xəbəri oxu