Icma.az
close
up
RU
Sulşer ilə Okan Burukun yolu daha öncə kəsişibmi?

Sulşer ilə Okan Burukun yolu daha öncə kəsişibmi?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bu həftə Türkiyə çempionatında derbi həftəsidi.

''Football-plus.az'' xəbər verir ki, 29-cu turda ''Beşiktaş'' ''Qalatasaray''ı qəbul edəcək. Bu mövsüm artıq fanatları önündə ''Fənərbaxça''nı məğlub edən (1:0) ''Qartal'' çempionluğa digər namizədi də evə əliboş yola salmaq arzusundadı.
İlk baxışdan düşünmək olar ki, bu, Okan Buruk ile Ole Qunnar Sulşerin məşqçi kimi yolları ilk dəfə kəsişəcək. Çünki norveçli mütəxəssis cəmi 2 ay öncə Türkiyəyə gəlib və bu, onun ilk İstanbul derbisi olacaq. Amma heç də belə deyil. Bu məşqçilərin yolu daha öncə kəsişib. Özü də tamam başqa klubların başında.
Məlum olduğu kimi Okan Buruk 2019/20-da ''İstanbul BŞ'' ilə çempionluq yaşayaraq tarixi bir uğura imza atmışdı. Növbəti mövsüm başakşəhərlilər məhz bu uğur sayəsində Türkiyəni Çempionlar Liqasının qrup mərhələsində təmsil etmək hüququ qazanmışdılar. Bu iki məşqçinin yolu da məhz həmin ÇL-də kəsişib. O vaxt ''İstanbul BŞ'' PSJ, ''Leyptsiq'' və Sulşerin çalışdırdığı ''Mançester Yunayted'' ilə eyni qrupa düşmüşdü. Türkiyə çempionu həmin turnirin qrupunu 1 qələbə, 5 məğlubiyyətlə tamamlamışdı.
Maraqlıdı ki, Buruk yeganə qələbəsini məhz Sulşerin ''Yunayted''i ilə ev oyununda əldə etmişdi. 2020-ci ilin noyabrın 4-də Fatih Terimin adını daşıyan stadionda İstanbul təmsilçisi Demba Ba və Edin Visçanın qolları ilə 2:1 üstün olmuşdu. Amma 3 həftə sonra ''Old Trafford''da ''Yunayted'' 4:1 qalib gələrək qisasını artıqlaması ilə almışdı. Yəni bu məşqçilərin duelində hesab 1:1-di. Hər məşqçi öz meydanında qalib gəlib və səfərdə uduzub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Mart 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri