Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdamdan 5 kilometrlik məsafədə - cənub tərəfdə Çuxurməhlə kəndi ərazisində bir tarixi məkan var ki, onu da sizə xatırlatmasam olmaz.
Məşhur Qaraağacı qəbiristanlığı! Ərazisi 60 hektardan çox olan .
Qəbrstanlığın vaxtı ilə əsas girişi Əsgəran yolunun üstündə, Çuxurməhəllə döngəsinin təxminən 300 metrlik məsafəsində idi.
Niyə bura “tarixi məkan” deyirəm, onu da qeyd edim: Məzarlığın 3 min yaşı olduğu bildirilir.
Hələ Ağdam işğal olunmamışdan əvvəl o qəbiristanlıqda əzizlərini dəfn edən ağdamlılar söyləyirdilər ki, yeni qazılan qəbirlərdən dəfələrlə keçmiş zamanlarda burada dəfn edilərin ölülərin sümükləri çıxıb.
Hər qarışı insan nəşləridir. Sovet dönəminin ilk illərində bu məzarlıq tarixçilərin, arxeoloqların, araşdırmaçıların diqqət mərkəzində olub.
Həmin alimlərin sayəsində məlum olub ki, bu ərazidəki qədim bir qəbirüstü kitabə var və 1174-cü ilə aiddir.