Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Sultan Yaqubun, Fərəculla bəyin son məkanı: 3 minillik Qaraağacı məzarlığı

Sultan Yaqubun, Fərəculla bəyin son məkanı: 3 minillik Qaraağacı məzarlığı

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdamdan 5 kilometrlik məsafədə - cənub tərəfdə Çuxurməhlə kəndi ərazisində bir tarixi məkan var ki, onu da sizə xatırlatmasam olmaz. Məşhur Qaraağacı qəbiristanlığı! Ərazisi 60 hektardan çox olan . Qəbrstanlığın vaxtı ilə əsas girişi Əsgəran yolunun üstündə, Çuxurməhəllə döngəsinin təxminən 300 metrlik məsafəsində idi. Niyə bura “tarixi məkan” deyirəm, onu da qeyd edim: Məzarlığın 3 min yaşı olduğu bildirilir.

Hələ Ağdam işğal olunmamışdan əvvəl o qəbiristanlıqda əzizlərini dəfn edən ağdamlılar söyləyirdilər ki, yeni qazılan qəbirlərdən dəfələrlə keçmiş zamanlarda burada dəfn edilərin ölülərin sümükləri çıxıb. Hər qarışı insan nəşləridir. Sovet dönəminin ilk illərində bu məzarlıq tarixçilərin, arxeoloqların, araşdırmaçıların diqqət mərkəzində olub.

Deyilənə görə, burada müxtəlif formalı qədim dəfn ənələri diqqəti özünə çəkib. Həmin alimlərin sayəsində məlum olub ki, bu ərazidəki qədim bir qəbirüstü kitabə var və 1174-cü ilə aiddir. Amma sonradan qazıntı və araşdırma aparılan ərazilər arxeoloq və tarixçilərin üzünə qapanır. Çünki sovet dönəmində həm Moskvada, həm Bakıda yüksək vəzifələrdə çalışan ermənilər o ərazilərin qədim Azərbaycan torpaqları olduğunu təsdiq edilməsinə əngəl oldular.

 Ümumilikdə "Qarağacı"dakı dörd belə qədim türbə olub. Məşhur Uğurlubəyovların da türbəsi qədim Qarağac qəbiristanlığında yerləşirdi. İndi bir “çoxbilmiş “ oxucu qəflətən sual verə ki, “Uğurlubəyovlar kim olub?” onun da cavabını deyim: Fərəculla bəy Uğurlubəyov Mehdiqulu xanın əyanı, hərbi xadim,çar ordusunun polkovniki, həm də Qarabağ bəylərindən biri olub. Araşdırmaçı -jurnalist, mərhum Ənvər Çingizoğlu onun bəy olmasının da səbəbi göstərib, 1826-28-ci ildə Rus-Osmanlı müharibəsində göstərdiyi igidliklər olduğunu yazıb.

Azərbaycanın taleyini həll edən Türkmənçay müqaviləsinə imza atanlardan biri , Qafqazdakı rus komandanı geenral-adyutant Qraf İvan Paskeviç azərbaycanlılardan ibarət 4 süvari alay yaradıb. Rus ordusunda döyüşən Fərəculla bəy Qarsın mühasirəsi zamanı göstərdiyi igidliyə görə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə mükafatlandırılıb.

Çünki o 1-ci müsəlman süvari alayının kapitanı idi. 1829-cu ilin avqustunda Paskeviç imperator I Nikolaya göndərdiyi məruzəsində Osmanlı ordusunun Lazıstanda məğlub edildiyini, 4 döyüş bayrağının ələ keçirildiyini bildirirdi. Məruzədə Qarabağ Müsəlman süvari alaylarında 100 döyüşçünün komandanlarından  biri olan Fərəculla bəyin döyüşlərdə xüsusilə fərqləndiyi bildirilirdi.

Təbii ki, rus çarının əmrnaməsinə əsasən Qərvənd kəndi (Füzuli rayonu) vaxtilə Fərəculla bəyə Mehdiqulu xan tərəfindən verilmişdi. Fərəculla bəy özü 70 yaşında vəfat etsə də, övladlarının biri, Uğurlu bəy nisbətən cavan rəhmətə gedir. O da oğlunu Qaraağacıda dəfn edir .Bundan sonra bütün Uğurlubəyovlar tədricən orada dəfn olunub. Sonralar onların qəbirləri üzərində türbə ucaldılıb və həmin vaxtdan da ona "Uğurlubəyovların türbəsi" adı verilib".

Bir dəfə bizimlə söhbətində siyasi şərhçi Asəf Quliyev iddia etdi ki, Qarağacıda heç vaxt dərindən arxeoloji qazıntı aparılmayıb:” Buna görə də bu qəbiristanlığın tarixi ilə bağlı dəqiq məlumat yoxdur.Bəzi mənbələrdə indiki Azarbaycan, Ermənistan, İran va Türkiyənin bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuş Uzun Həsənin oğlu, 1490-cı ildə naməlum səbəbdən vəfat etmiş Sultan Yaqubun məhz Qarağacı qəbiristanlığında dəfn olunduğu göstərilir. Bu qəbiristanlıqda qoç formasında olan qəbirüstü abidələr işğala qədərki dövrə qədər saxlanılırdı”.

Ərinmədik, Uzun Həsənin oğlu Sultan Yaqubu da araşdırdıq. Əslində bir çox tarixçilər onun dəfn yeri Ağdam ərazisini nişan verirdi. Tarixçi Elşən Mirişli bu haqda daha ətraflı məqaləsində bildirir ki, Ağqoyunlu Sultanı Uzun Həsən 15 yaşındaykən əmisi Məhəmməd Mirzənin qızı Səlcuqşah Bəyimlə ailə qurur. Əri Uzun Həsən və böyük oğlu Sultan Xəlil öləndən sonra kişik oğlu Yusifi Ağqoyunlu hökmüdarı görmək istəyən Səlcuqşah Bəyim ortancıl oğlu Yaqubun Sultan olmasını istəməyib. Çünki hər zaman dövlət işlərinə qarışan və söz sahibi olan bu xatun Yaqub Sultanolandan sonra tez-tez oğlu ilə arasında gərginlik baş verir. Sultan Yaqub çalışdığı qədər onu dövlət işlərindən kənar tuturdu. Hikkəli, hökmlü ana buna çox dözə bilmədi. Sultan Yaqub və kiçik oğlu Yusiflə saraydan çox uzaqlarda-Qarabağda olarkən, çodan planladığı qətli həyata keçirir. Zəhər sürtdüyü qaysıları (ərik qurusu) Sultan Yaqubun süfrəsi üzərinə yığır. Və otağı tərk edir. O otaqdan çıxdıqdan sonra Yusif qardaşı Yaqubun yanına gəlir, söhbət əsnasında qaysılardan o da dadır. Səlcuqşah Bəyim əməlinin nəticəsi görmək üçün yenidən Sultan Yaqubun otağına gələrkən hər iki oğlunun öldüyünü görür. Nəzarətçilərin onu sağ buraxmayacağını bilən Səlcuqşah Bəyim də ölür. Hər 3 şəxs Qarabağda dəfn edilir ki, yuxarıda qeyd etdiyim kimi, Qarağacı o dövrdə var olduğundan cəsədlər bura gömülür. ƏlbəttəkiA. Quliyev haqlıdır. 1993-cü ilə qədər Qaraağacı qəbirsanlığında Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərimizədə son məkan oldu. Jurnalist Vüqar Tofiqli bildirir ki, On iki cərgə də dəfn olunanların sayı 1000 nəfəri keçmişdi:” Sonradan bu ərazidə yer dolduğundan Xocalıdan olanların bir qismi Uzundərədəki Şəhidlər xiyabanında dəfn edilməyə başlanıldı”. 1994- Bəli, Qarağacı həm də Qarabağın ən böyük və həm də ilk şəhidlər xiyabanı idi. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 5 897 nəfər şəhidin böyük bir hissəsi burada torpağa verilmişdi. Həmin ilin iyulunda rayonu işğal edən vandallar, insanlıq və bəşər düşmənləri o möhtəşəm şəhər kimi qəbrstanlığı da dağıtdı, 4 türbəni də məhv etdilər. Mərmərlər daşınıb, nisbətən ucuz daşlardan olan qəbirlər də darmadağın oldu. Məzarlıqda bir dənə də olsun başdaşı yerində qalmadı Azğınlıq bu haramzadələrdə o həddə çatdı ki, dağıtdıqları qəbiristanlığın böyük bir hissəsini ekin edib yerinə taxıl əkmişdilər. Şəhidlərimizi və qəbiristanlıq əhlinin ruhuna fatihə oxuduqdan sonra ziyarətimizi başa çatdırıb, yolumuza davam edirik. Bir zamanlar gülü-gülüstanı, tikilisi-qurulusu ilə Ağdam kəndlərinin incilərindən biri olmuş, hazırda erməni bayquşlarının xaraba qoyduğu Çuxurməhlə kəndinin yanından ötüb keçirik. O Çuxurməhlə ki, o kəndin adı çəkiləndə qəhrəmanlıqları, cəsarəti, vətənpərvərlikləri ilə ata balalar yada düşür: Ala Yaqub - Canpolad Rzayev... Ermənilər bu füsunkar kəndin xarabalıqdan əlavə böyük bir hissəsini nar bağı, qalan hissəsini isə taxıllıq ediblər . Rəsmi məlumatlarda deyilir ki, Ağdam şəhərinə birləşdiriləcək kəndlər və qəsəbələri tam siyahısında Qullar, Seyidli, Bozpapaqlar, Sarıhacılı, Əhmədavar , Çuxurməhlə, Ətyeməzli, Keştazlı, Qarazeynallı ilə birgə Çuxurməhlənin də adı var. İndi gözündə lupa Azərbaycanda nöqsan arayan, gündə bir ermənipərəst qətnamə qəbul edib Azərbaycanı təcavüzdə günahlandıran ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası hesabatlarında XVIII əsrə aid olan müqəddəs və tarixi İmarət qəbristanlığının, şəhərin Şəhidlər Xiyabanın və ümumilikdə şəhərin özünün ermənilər tərəfindən təhqir edildiyini, yağmalandığını və dağıdıldığını qeyd etmişdilər. Qeyd etsələrdə bu fakta görə, Ermənistana “gözün üstə qaşın var”, hələ ki, deyilməyib.

Ardı var...

 Əntiqə Rəşid 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Aprel 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri