Sumı mühasirə təhlükəsi altındadır? Ukrayna əlavə qüvvələr yeridir | Icma.az
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Donbasda heç bir ciddi irəliləyiş əldə edə bilməyən rus qoşunları Ukraynanın Xarkov və Sumı vilayətləri istiqamətində nəyəsə nail olmağa çalışırlar.Bu günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Rusiya ordusunun Sumı və Xarkov vilayətlərinə hücumunun yeni mərhələsinin başladığını elan ediblər.
“AzPolitika” xəbər verir ki, BBC-nin yazdığına görə, hələlik Xarkov üçün birbaşa təhlükə olmasa da, Sumi ətrafında vəziyyət ciddi narahatlıq doğurur.
Fevralın sonundan etibarən Kursk vilayəti ərazisindən irəliləyən rus qoşunları Ukraynanın dövlət sərhədini keçərək Sumı vilayətinin sərhəd kəndlərində döyüşlərə başlayıb.
Hazırda Basovka, Novenkoye və Veselovka yaşayış məntəqələri ərazisində hərbi əməliyyatlar aparılır.
Ukrayna tərəfinin məlumatına görə, bəzi ərazilərdə rus bölmələrinin irəliləmə dərinliyi 7 km-ə çatır, cəbhə isə 25 km-ə qədər genişlənib.
Buna cavab olaraq Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəliləyişini dayandırmaq üçün əraziyə əlavə qüvvələr yeridir.
BBC-nin Ukrayna Baş Qərargahındakı mənbəyi qeyd edib ki, Rusiyanın əsas məqsədlərindən biri regionda bufer zona yaratmaqla Sumını mühasirəyə və ya yarı mühasirəyə almaqdır.
Tam oxu
Xəbəri oxu