Icma.az
close
up
RU
Sumı mühasirə təhlükəsi altındadır? Ukrayna əlavə qüvvələr yeridir

Sumı mühasirə təhlükəsi altındadır? Ukrayna əlavə qüvvələr yeridir

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donbasda heç bir ciddi irəliləyiş əldə edə bilməyən rus qoşunları Ukraynanın Xarkov və Sumı vilayətləri istiqamətində nəyəsə nail olmağa çalışırlar.

Bu günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Rusiya ordusunun Sumı və Xarkov vilayətlərinə hücumunun yeni mərhələsinin başladığını elan ediblər.

“AzPolitika” xəbər verir ki, BBC-nin yazdığına görə, hələlik Xarkov üçün birbaşa təhlükə olmasa da, Sumi ətrafında vəziyyət ciddi narahatlıq doğurur. Fevralın sonundan etibarən Kursk vilayəti ərazisindən irəliləyən rus qoşunları Ukraynanın dövlət sərhədini keçərək Sumı vilayətinin sərhəd kəndlərində döyüşlərə başlayıb. 

Hazırda Basovka, Novenkoye və Veselovka yaşayış məntəqələri ərazisində hərbi əməliyyatlar aparılır. Ukrayna tərəfinin məlumatına görə, bəzi ərazilərdə rus bölmələrinin irəliləmə dərinliyi 7 km-ə çatır, cəbhə isə 25 km-ə qədər genişlənib. Buna cavab olaraq Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəliləyişini dayandırmaq üçün əraziyə əlavə qüvvələr yeridir.

BBC-nin Ukrayna Baş Qərargahındakı mənbəyi qeyd edib ki, Rusiyanın əsas məqsədlərindən biri regionda bufer zona yaratmaqla Sumını mühasirəyə və ya yarı mühasirəyə almaqdır. Bunun qarşısını almaq üçün Ukrayna qüvvələri Rusiya ərazisində, Oleşnya və Qornal kəndlərində mövqelərini saxlamaqda davam edir və Kursk və Belqorod vilayətlərinin qovşağında məhdud əməliyyatlara başlayıb. Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri Rusiya müdafiəsini yarıb, Demidovka və Popovka kəndləri yaxınlığında möhkəmlənə bilib.

Bundan əvvəl Zelenski xəbərdarlıq etmişdi ki, Rusiya qoşunları eyni vaxtda bir neçə istiqamətdə - Sumı, Xarkov və Zaporojye vilayətlərində hücumlar hazırlayır. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski öz növbəsində Rusiyanın Sumı və Xarkov vilayətlərində artıq aktiv əməliyyatlara başladığını vurğulayıb.

Xatırladaq ki, Rusiya tərəfi daha əvvəl Basovka kəndini nəzarətə götürdüyünü bildirsə də, Ukrayna sərhədçiləri qəsəbənin aktiv döyüş bölgəsi olaraq qaldığını iddia edirlər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri