Sumqayıt Bələdiyyəsi 2025 ci il üzrə fəaliyyətinin yekunlarını açıqladı FOTOLAR | Icma.az
Icma.az bildirir, Unikal.az portalına istinadən. Sumqayıt Bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2025-ci il Sumqayıt Bələdiyyəsi üçün təkcə görülən işlərin deyil, eyni zamanda yeni idarəetmə yanaşmasının və sistemli fəaliyyətin nəticələrinin aydın şəkildə göründüyü bir il olub.
Adil Xudatatov qeyd edib ki, ötən ilin yekunlarına əsasən Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 3 milyon 750 min manat təşkil edib ki, bu da proqnoz tapşırığının 191 faizi deməkdir.
2024-cü illə müqayisədə büdcə gəlirləri 709 min manat artıb.
Əmlakın icarəsi və özəlləşdirilməsindən, eləcə də torpaq və əmlak vergilərindən daxilolmalar proqnozu dəfələrlə üstələyib.
Büdcə vəsaitlərinin əsas hissəsinin şəhərin sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldildiyi vurğulanıb.
Məruzədə bildirilib ki, 2025-ci ildə şəhər üzrə 30 min kvadratmetrdən artıq ərazidə asfalt örtüyü salınıb, 21 iri infrastruktur layihəsi icra olunub, qaranlıq küçələr işıqlandırılıb, park və yaşıllıq sahələrində geniş abadlıq işləri aparılıb.
İl ərzində minlərlə ağac və mövsümi gül əkilib, ekoloji layihələrə yüz minlərlə manat vəsait yönəldilib.
Tam oxu
Xəbəri oxu