Sumqayıt Bələdiyyəsi 2025 ci il üzrə fəaliyyətinin yekunlarını açıqladı FOTOLAR
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Sumqayıt Bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2025-ci il Sumqayıt Bələdiyyəsi üçün təkcə görülən işlərin deyil, eyni zamanda yeni idarəetmə yanaşmasının və sistemli fəaliyyətin nəticələrinin aydın şəkildə göründüyü bir il olub.
Adil Xudatatov qeyd edib ki, ötən ilin yekunlarına əsasən Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 3 milyon 750 min manat təşkil edib ki, bu da proqnoz tapşırığının 191 faizi deməkdir. 2024-cü illə müqayisədə büdcə gəlirləri 709 min manat artıb. Əmlakın icarəsi və özəlləşdirilməsindən, eləcə də torpaq və əmlak vergilərindən daxilolmalar proqnozu dəfələrlə üstələyib. Büdcə vəsaitlərinin əsas hissəsinin şəhərin sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldildiyi vurğulanıb.
Məruzədə bildirilib ki, 2025-ci ildə şəhər üzrə 30 min kvadratmetrdən artıq ərazidə asfalt örtüyü salınıb, 21 iri infrastruktur layihəsi icra olunub, qaranlıq küçələr işıqlandırılıb, park və yaşıllıq sahələrində geniş abadlıq işləri aparılıb. İl ərzində minlərlə ağac və mövsümi gül əkilib, ekoloji layihələrə yüz minlərlə manat vəsait yönəldilib.
Daha sonra tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edib. O, Sumqayıt Bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, əldə olunan nəticələr planlı, ardıcıl və məsuliyyətli idarəetmənin göstəricisidir. Zakir Fərəcov qeyd edib ki, bələdiyyə ilə icra hakimiyyəti arasında qurulan sağlam və koordinasiyalı əməkdaşlıq şəhərin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, Sumqayıtda həyata keçirilən abadlıq, yol infrastrukturu, işıqlandırma və yaşıllaşdırma layihələri şəhərin simasını dəyişir, sakinlərin həyat keyfiyyətini yüksəldir.
İcra başçısı xüsusilə vurğulayıb ki, torpaq və əmlak münasibətlərinin hüquqi tənzimlənməsi istiqamətində görülən işlər, inzibati ərazinin genişləndirilməsi, kadastr və inventarizasiya prosesləri Sumqayıtın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. O, bu proseslərin şəffaf və qanunvericiliyə uyğun aparıldığını bildirib.
Zakir Fərəcov Sumqayıt Bələdiyyəsinin 74 şəhər bələdiyyəsi arasında birinci yerə layiq görülməsini şəhər üçün böyük uğur adlandırıb və bu nəticənin kollektiv əməyin, düzgün qərarların və dövlət siyasətinə uyğun fəaliyyətin məntiqi nəticəsi olduğunu deyib.
Daha sonra tədbirdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, millət vəkilləri Hicran Hüseynova və Mehriban Vəliyeva çıxış edərək Sumqayıt Bələdiyyəsinin fəaliyyətini müsbət dəyərləndiriblər, görülən işlərin davamlı olacağına əminlik ifadə ediblər.
Çıxış edənlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”, Sumqayıtın isə “Gənclər Paytaxtı” statusu daşımasının şəhərdə sosial layihələrin əhatəsini və keyfiyyətini daha da artırdığını vurğulayıblar.
Tədbirdə digər qonaqların da çıxışları dinlənilib.
Sonda Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat iclasında iştirak edən qonaqlara təşəkkür edib və bildirib ki, qarşıdakı dövrdə də bələdiyyə şəhərin inkişafı, sakinlərin rifahı və sosial ehtiyacların qarşılanması istiqamətində fəaliyyətini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Yanvar 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















