Icma.az, Idman.biz saytına istinadən bildirir. "Sumqayıt"ın baş məşqçisi Saşa İliçin Sport24.az-a müsahibəsi: - Artıq bir neçə gündür Sumqay
Komanda ilə bağlı təəssüratlarınız necədir? - Artıq iki həftədir burdayam. Bu gün də ilk yoxlama oyunumuzu keçirdik.
Hər kəsə məlumdur ki, heyət güclənməlidir. Yaxın günlərdə düşərgəmizə yeni oyunçular qoşulmalıdır ki, onları gözləyirik.
Fikrimcə, onlar da gələndən sonra daha yaxşı komandamız olacaq. - İlk yoxlama oyununda kollektiv necə təsir bağışladı?
Bəzi taktiki gedişləri yoxladız, nə dərəcədə razı qaldız? - Baxmayaraq ki, rəqibimiz gənclərdən ibarət o qədər də güclü olmayan komanda idi,
Bizim də hazırlığımızın elə dönəmidir ki, indiki məqamda məhz belə kollektivlə oynamaq daha məqsədəuyğun idi.
Bəzi taktiki gedişləri yoxladıq. Fikrimcə, futbolçularım verdiyim tapşırıqları yerinə yetirə bilirlər.
- Bu gün həm də komandadakı boşluqları gördüz. Hansı mövqeləri gücləndirməyə ehtiyac var? - Minimum 5 yeni oyunçuya ehtiyacımız var.