Sumqayıt ın baş məşqçisi: Yaxın günlərdə yeni oyunçular qoşulmalıdır MÜSAHİBƏ
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"Sumqayıt"ın baş məşqçisi Saşa İliçin Sport24.az-a müsahibəsi:
- Artıq bir neçə gündür Sumqayıtdasız. Komanda ilə bağlı təəssüratlarınız necədir?
- Artıq iki həftədir burdayam. Bu gün də ilk yoxlama oyunumuzu keçirdik. Hər kəsə məlumdur ki, heyət güclənməlidir. Yaxın günlərdə düşərgəmizə yeni oyunçular qoşulmalıdır ki, onları gözləyirik. Fikrimcə, onlar da gələndən sonra daha yaxşı komandamız olacaq.
- İlk yoxlama oyununda kollektiv necə təsir bağışladı? Bəzi taktiki gedişləri yoxladız, nə dərəcədə razı qaldız?
- Baxmayaraq ki, rəqibimiz gənclərdən ibarət o qədər də güclü olmayan komanda idi, bu oyun bizə lazım idi. Bizim də hazırlığımızın elə dönəmidir ki, indiki məqamda məhz belə kollektivlə oynamaq daha məqsədəuyğun idi. Bəzi taktiki gedişləri yoxladıq. Fikrimcə, futbolçularım verdiyim tapşırıqları yerinə yetirə bilirlər.
- Bu gün həm də komandadakı boşluqları gördüz. Hansı mövqeləri gücləndirməyə ehtiyac var?
- Minimum 5 yeni oyunçuya ehtiyacımız var. Sözün düzü, bütün mövqelərimiz güclənməlidir.
- Ümumiyyətlə, necə düşünürsüz, "Sumqayıt" yeni mövsümdə nəyə iddia edə bilər?
- Təbii ki, indiki halda nəsə demək çətindir. Yeni oyunçularımız gələndən sonra bu barədə nəsə söyləmək mümkündür. Əsas məqsədimiz yaxşı, rəqabətə davamlı kollektiv formalaşdırmaqdır. Bir də ən vacib şərt ondan ibarətdir ki, istər paltardəyişmə otağında, istərsə də meydanda yüksək əhval-ruhiyyə olan komanda görmək istəyirəm.
- Niyə Türkitə toplanışı əvəzinə, Qəbələyə yollanmağa üstünlük verdiz?
- Mənim üçün Qəbələ və ya Türkiyənin fərqi yoxdur. Bura gəlməmişdən öncə bizə demişdilər ki, Qəbələdə də Türkiyədəki kimi gözəl meydançalar və otellər var. Maraqlandım, detallarla tanış oldum. Ordakı vəziyyət məni qane etdiyindən seçim zamanı Qəbələyə üstünlük verdim. Əsas odur ki, yaxşı şəraitdə təlim-məşq toplanışı keçək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 20 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















