Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq. Bildiyiniz kimi, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev iki azərbaycanlı idman jurnalistini -
Müraciət ərizəsindəki reallıqla əlaqəsi olmayan müəyyən ifadələr isə son günlər futbol ictimaiyyəti arasında gülüş obyektinə çevrilib.
Artıq Rəfiyevin rəhbərlik etdiyi klub həmin ifadələrlə bağlı rəsmi bəyanat yayıb.
Fanat.Az bəyanatı təqdim edir: "Hörmətli media nümayəndələri və futbolsevərlər!
Nəzərinizə çatdırmaq istəyirik ki, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyevin jurnalistlər - Anar Şabanoğlu və İxtiyar Əsgərovla bağlı qaldırdığı məhkəmə iddiası ilə bağlı müraciət ərizəsində müəyyən yanlışlıqlar gedib.
Təqdir edərsiniz ki, məhkəmə mübahisələri hüquqşünasların icrasında olan məsələdir, iddia ərizəsi vəkil tərəfindən hazırlanıb və təəssüf ki, qeyd olunan informasiyaların bəziləri dəqiqləşdirilmədən, xüsusilə bir neçə epizodda termin xətaları ilə birlikdə vəkilin imzası ilə və onun tərəfindən məhkəməyə təqdim olunub.
Qarşı tərəfin iddialarının əksinə olaraq, hansısa yalan məlumat yox, yanlış məlumat qeyd edilib.
Xüsusilə iddiaların mərkəzində yer alan "Çempionlar Liqası" ifadəsi klubun qısa zaman kəsiyində 3 dəfə iştirak etdiyi (Bir dəfə Avropa Liqası, iki dəfə isə Konfrans Liqası) "Avrokuboklar" ifadəsinin əvəzinə yanlışlıqla yazılsa da, bu, şikayət mətninin mahiyyətini və Riad Rəfiyevin uğurlu idarəedici persona olması reallığını dəyişmir.