Icma.az
close
up
RU
Sumqayıt Riad Rəfiyevin məhkəməyə müraciət ərizəsindəki səhvləri etiraf etdi

Sumqayıt Riad Rəfiyevin məhkəməyə müraciət ərizəsindəki səhvləri etiraf etdi

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bildiyiniz kimi, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev iki azərbaycanlı idman jurnalistini - Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib. Müraciət ərizəsindəki reallıqla əlaqəsi olmayan müəyyən ifadələr isə son günlər futbol ictimaiyyəti arasında gülüş obyektinə çevrilib. Artıq Rəfiyevin rəhbərlik etdiyi klub həmin ifadələrlə bağlı rəsmi bəyanat yayıb.

Fanat.Az bəyanatı təqdim edir:

"Hörmətli media nümayəndələri və futbolsevərlər!

Nəzərinizə çatdırmaq istəyirik ki, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyevin jurnalistlər - Anar Şabanoğlu və İxtiyar Əsgərovla bağlı qaldırdığı məhkəmə iddiası ilə bağlı müraciət ərizəsində müəyyən yanlışlıqlar gedib. 

Təqdir edərsiniz ki, məhkəmə mübahisələri hüquqşünasların icrasında olan məsələdir, iddia ərizəsi vəkil tərəfindən hazırlanıb və təəssüf ki, qeyd olunan informasiyaların bəziləri dəqiqləşdirilmədən, xüsusilə bir neçə epizodda termin xətaları ilə birlikdə vəkilin imzası ilə və onun tərəfindən məhkəməyə təqdim olunub. Qarşı tərəfin iddialarının əksinə olaraq, hansısa yalan məlumat yox, yanlış məlumat qeyd edilib.

Xüsusilə iddiaların mərkəzində yer alan "Çempionlar Liqası" ifadəsi klubun qısa zaman kəsiyində 3 dəfə iştirak etdiyi (Bir dəfə Avropa Liqası, iki dəfə isə Konfrans Liqası) "Avrokuboklar" ifadəsinin əvəzinə yanlışlıqla yazılsa da, bu, şikayət mətninin mahiyyətini və Riad Rəfiyevin uğurlu idarəedici persona olması reallığını dəyişmir. 

Əlavə olaraq qeyd etmək istərdik ki, məhkəmə icraatında olan bir işlə, həmçinin şəxslərin fərdi, şəxsi və ailə həyatı ilə bağlı məlumatların əks olunduğu bu cür paylaşımlar etmək qanunvericiliyə ziddir. 
Komandamızın ölkə çempionatı və kubokunda vacib oyunlarının olduğu bir zamanda azarkeşlərimizdən və idman ictimaiyyətindən bu kimi ciddi əsası olmayan iddialara qarşı verdiyimiz açıqlamalara görə bizi üzrlü hesab etmələrini, əsas diqqəti meydandakı mübarizəyə ayırmaqlarını xahiş edirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri