Sumqayıt Şəfa nı qonaq edir

02.11.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 10-cu tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün yeganı matçı Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Şəfa" ilə üz-üzə gələcək. Hazırda aktivində 8 xal olan "kimyaçılar" turnir cədvəlinin 9-cu, paytaxt təmsilçisi isə 3 xalla 11-ci pilləsində qərarlaşıb. Meydan sahibləri bu görüşdən 3 xalla ayrılacağı halda mövqeyini bir qədər yaxşılaşdıra, dünən məğlub olan "İmişli"ni keçərək, 8-ci yerə yüksələ bilər.  Təhlükəli zonda yer alan qonaqlar isə 3 xal qazanacağı təqdirdə mövqeyini dəyişməsə də, sonuncu pillədə yer alan və eyni xala malik "Araz-Naxçıvan"dan bir qədər uzaqlaşa bilər.

Qeyd edək ki, 11-ci turun oyunlarına noyabrın 6-da start veriləcək.

Misli Premyer Liqası

I dövrə, X tur

19:00. "Sumqayıt" - "Şəfa"

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Rauf Cabarov 
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Törə Əhmədova
Sumqayıt. "SOCAR Polymer Arena".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью