Sumqayıt Şəfa nı qonaq edir
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 10-cu tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün yeganı matçı Sumqayıtda baş tutacaq.
Şəhərin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Şəfa" ilə üz-üzə gələcək. Hazırda aktivində 8 xal olan "kimyaçılar" turnir cədvəlinin 9-cu, paytaxt təmsilçisi isə 3 xalla 11-ci pilləsində qərarlaşıb. Meydan sahibləri bu görüşdən 3 xalla ayrılacağı halda mövqeyini bir qədər yaxşılaşdıra, dünən məğlub olan "İmişli"ni keçərək, 8-ci yerə yüksələ bilər. Təhlükəli zonda yer alan qonaqlar isə 3 xal qazanacağı təqdirdə mövqeyini dəyişməsə də, sonuncu pillədə yer alan və eyni xala malik "Araz-Naxçıvan"dan bir qədər uzaqlaşa bilər.
Qeyd edək ki, 11-ci turun oyunlarına noyabrın 6-da start veriləcək.
Misli Premyer Liqası
I dövrə, X tur
19:00. "Sumqayıt" - "Şəfa"
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Törə Əhmədova
Sumqayıt. "SOCAR Polymer Arena".
Baxış sayı:91
Bu xəbər 02 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















