Sumqayıt və Sarayda 549 kirayə mənzil satışa çıxarılıb | Icma.az
Icma.az bildirir, Ayna saytına əsaslanaraq. İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5581 kirayə müqaviləsi bağlanılıb İp
AYNA xəbər verir ki, bu barədə Fonddan bildirilib. O cümlədən Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil t
Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır.
Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur.
Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən seçim üçün 3 dekabr 2024-cü il tarixindən açıq olacaq.
Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu və elektron sistem vasitəsilə mənzillərin seçilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi və rəsmi "YouTube" kanalı, həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Tam oxu
Xəbəri oxu